Braziliyada BAMF-ın prezidenti Sərsəng su anbarından siyasi məqsədlər üçün istifadə olunmasının dayandırılmasına çağırıb FOTOLAR

Cəmiyyət 21:02 21.03.2018

"Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi nəticəsində Dağlıq Qarabağda yerləşən Sərsəng su anbarının ekoloji mühiti kəskin şəkildə pisləşib.

Ermənistanın nəzarəti altında olan anbara məxsus ehtiyatlardan siyasi təhdid vasitəsi kimi istifadə olunur. Nəticədə, əksəriyyəti qaçqın və məcburi köçkünlər olmaqla, cəbhə xəttində yaşayan azərbaycanlılar su çatışmazlığı problemini yaşayır və kənd təsərrüfatı ilə tam olaraq məşğul ola bilmirlər".

Bunu Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev Braziliyada keçirilən Səkkizinci Dünya Su Forumunda çıxışı zamanı bəyan edib və onun fikirləri dinləyicilər tərəfindən alqışlarla qarşılanıb. Bu barədə Eurasia Diary xəbər verir. 17 mart tarixində öz işinə başlayan forum Dünya Su Şurasının (DSŞ) təşkil etdiyi su ehtiyatlarına həsr olunmuş dünyanın ən böyük tədbiridir.

O, qeyd edib ki, bu anbar ətrafdakı təxminən 96,000 hektar ərazini suvarma suyu ilə təmin etmək üçün inşa edilib.

Ona görə də, bu təxirəsalınmaz humanitar problemi nəzərə alan Avropa Şurası Parlament Assambleyası 2016-cı il 26 yanvar tarixində qətnamə qəbul edərək "Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal çıxarılması və su ehtiyatlarından siyasi alət kimi istifadə olunmamasına dair" qərar verib. Lakin hələ də bu qətnamə yerinə yetirilməyib.

Umud Mirzəyev həmçinin, iştirakçılara 2010-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının insanın su təchizatı və sanitariya hüququnu tanıyan qətnamə qəbul etdiyini xatırladıb. Hər kəsin şəxsi və məişətdə istifadə edə bilməsi üçün təhlükəsiz və fiziki olaraq su əldə etmək imkanı olmalıdır. "Lakin bugün su çatışmazlığından sülh, təhlükəsizlik və davamlı inkişafın dəstəklənməsinə yönəlmiş beynəlxalq sənədlərə, beynəlxalq norma və standartlara məhəl qoyulmadan siyasi maraqlar üçün istifadə olunur."

Onun sözlərinə görə, bu problem bugün olduğundan daha dəhşətli ola bilməz. O bildirib ki, dünya ictimaiyyəti bu problemi anlamalı və dünyada hər bir insanın təmiz suya olan ehtiyacını təmin etməlidir.

BAMF prezidenti suyun böhran deyil, sülh aləti olması üçün vətəndaş cəmiyyətinin bütün nümayəndələrini, qaçqın və məcburi köçkünləri bütün qüvvələri birləşdirərək əməkdaşlıq qurmağa  çağırıb.

"Gəlin birlikdə insan üçün həyati əhəmiyyət daşıyan su anbarları, çaylar və digər su mənbələrinin olduğu işğal olunmuş ərazilərin azad olunmasına çalışaq. Biz supergücləri yalnız siyasi maraqlarını düşünməyi dayandırmağa və insanların həyatları haqqında, evlərini tərk etməyə məcbur olmuş milyonlarla qaçqın və məcburi köçkünlərin həyatları barədə düşünməyə başlamağa inandırmalıyıq" - deyə sonda Umud Mirzəyev çağırış edib.

Həmçinin, Ermənistan silahlı qüvvələrinin nəzarəti altında olаn Sərsəng su anbarındakı ekoloji fəlakətlə bağlı Azərbaycanın cəbhəyanı ərazilərində su problemləri barədə BAMF-ın hazırladığı videosüjet iştirakçılarа nümayiş olunub. Videoda su çatışmazlığı və əkinçiliklə məşğul olmağın qeyri-mümkünlüyü barədə danışan yerli sakinlərlə olan kadrlar göstərilib. Eləcə də, iştirakçılara Böyük Britaniyanın tanınmış siyasi jurnalisti, yazıçı, tarixçi, siyasi şərhçi Adel Darvişin Qarabağın su problemləri ilə bağlı fikirləri nümayiş etdirilib.

Qeyd edək ki, Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik yeddi rayonunun işğalı nəticəsində meliorasiya və suyun idarə edilməsi sistemi dağıdılıb. Sovet dövründə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində inşa edilmiş Sərsəng su anbarının suyundan düzgün istifadə olunmaması Azərbaycanın cəbhə bölgələrində yaşayan insanların öz torpaqlarını suvarmasına mane olur. Bu həm də təxminən 500 min insanın susuz yaşamağa məcbur olması deməkdir.

BAMF dünya ictimaiyyətinin diqqətini Qafqazda, Yaxın Şərqdə, Afrikada davam edən münaqişələrə və onların dağıdıcı nəticələrinə, habelə su çatışmazlığına və regionun ekosisteminin məhv edilməsinə cəlb etməyə çalışır. Təcavüzkarlara qarşı dərhal tədbirlər görülməsə ekoloji fəlakətlər mövcud vəziyyəti daha da gərginləşdirəcək.

Eyni zamanda, martın 22-də Dünya Su Günü qeyd olunduğu tarixdə bu günə həsr olunmuş xüsusi iclas keçiriləcək.

Natalya Quliyeva

1

1

1

1

1

1

1

1

1

1

 

 

 

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər -VIDEO
15:51 26.04.2024
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
15:41 26.04.2024
Mina təmizləmə üzrə İşçi qrupunun üzvləri Ağdamda səfərdə olublar - FOTOLAR
15:35 26.04.2024
Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq
15:32 26.04.2024
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
15:28 26.04.2024
Hamısı