“Bravo Supermarketi”ndən toyuq məhsulu alan müştəri xoşagəlməz durumla qarşılaşıb.
O, məhsulu təmizləyən zaman broyler toyuğunun içindən qurd çıxdığını görüb. Müştəri 4,60 AZN ödəyərək aldığı məhsulun içindən qurd çıxmasını kamerasının yaddaşına köçürüb.(yenicag)