Bakının Yusif Səfərov küçəsində çoxmərtəbəli binada axşam saatlarında baş vermiş yanğın söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
X X X
Fövqəladə Hallar Nazirliyi Nəsimi rayonu, Yusif Səfərov küçəsində yerləşən çoxmərtəbəli binada (hazırda istismar olunmur) başlayan yanğınla bağlı məlumat yayıb.
Eurasia Diary nazirliyin saytına istinadən xəbər verir ki, hazırda qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri yanğının söndürülməsi işlərini həyata keçirir.
Əlavə məlumat veriləcək.