Bakıda ŞOK ƏMƏLİYYAT: 1 milyon mantlıq dərman və 100 həkim... İNANILMAZ TƏFƏRRÜAT

Cəmiyyət 15:50 30.04.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan bir sıra şirkətlərin vəzifəli şəxslərinin əməlləri ifşa olunub.
 
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca istiqamətlərindən biri kimi əhalinin sağlamlığının qorunması, tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması daim dövlətin diqqət mərkəzindədir. Məhz bu sahədə aparılan islahatların müsbət göstəricisi kimi ölkədə ən müasir tələblərə cavab verən səhiyyə infrastrukturunun yaradılmasına nail olunub, eləcə də dərman vasitələrinin beynəlxalq keyfiyyət standartlarının tələblərinə uyğun hazırlanması, istehsalı və satışı ilə bağlı hüquqi presedurların təkmilləşdirilməsi yönündə məqsədyönlü dövlət tədbirləri həyata keçirilməkdədir.
 
Bununla belə, ölkənin səhiyyə sisteminin ayrılmaz qolu olan əczaçılıq sahəsində bir sıra sahibkarlıq subyektlərinin daha çox gəlir əldə etmək üçün qeyri-leqal fəaliyyətlə məşğul olmaları, habelə gizli iqtisadi fəaliyyətin nəticəsi kimi vergidən yayınma və digər qanunsuz yollarla ölkədə qeyri-bərabər rəqabət mühiti formalaşdırmaları bazar iqtisadiyyatının inkişafına mənfi təsir göstərməklə yanaşı əhalinin sağlamlığına ciddi təhlükə yaradır. Son dövrlər belə qanunsuz fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən keyfiyyətsiz, mənşəyi məlum olmayan, dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin qanunsuz dövriyyəsinin həyata keçirilməsi əhalinin haqlı narazılığına səbəb olmuş və bu barədə daxil olmuş çoxsaylı müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
 
Həmin tədbirlər çərçivəsində Bakı şəhəri ərazisində 11 ünvana, o cümlədən dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan "Sanimed” və "Epidbiomed” Məhdud Məsuliyyətli Cəmiyyətlərin inzibati binalarına, onlara məxsus anbarlara, aptek şəbəkələrinə, yaşadıqları mənzillərə, habelə dərman vasitələrinin qanunsuz satılması prosesində iştirak etmiş bəzi həkimlərin iş otaqlarına baxış keçirilərək qanun pozuntularını törədən şəxslərin əməlləri ifşa edilib.
 
Toplanmış materiallar əsasında 27 aprel 2018-ci ildə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
 
İlkin istintaq materialları ilə müəyyən edilib ki, "Sanimed” MMC-nin faktiki rəhbəri Nağıyev Müşfiq Mikayıl oğlu cəmiyyətin satış şöbəsinin müdiri Orucov Hafiz Zülfüqar oğlu, satış təmsilçisi Kərimov Asim Rasim oğlu, "Epidbiomed” MMC-nin təsisçisi Əliyev Namiq Sabir oğlu, həmin şirkətin direktor müavini Məmmədov Kamal Əhmədiyyə oğlu və digər vəzifəli şəxslərlə əlbir olaraq tamah niyyətilə daha çox gəlir əldə etmək məqsədilə 2011-ci ildən başlayaraq uzun müddət ərzində ölkəyə təqribən 1 milyon manatdan artıq dəyərində 19 adda orijinal dərman preparatlarından qiymətinə görə dəfələrlə baha olan ekvivalent dərman vasitələrini idxal ediblər. Rəhbərlik etdiyi şirkətin əməkdaşları vasitəsilə dövlət və özəl müəssisələrdə çalışan 100-ə yaxın həkimlərlə razılaşıb müalicə üçün müraciət etmiş çoxsaylı xəstələrə yalnız həmin dərmanların və zərurət olduğundan daha çox həcmdə təyin olunması üçün onlara mütəmadi olaraq müxtəlif məbləğlərdə pullar vermiş və idxal etdiyi dərmanların bu cür qanunsuz yolla külli miqdarda satılmasına nail olublar. Bu hal öz növbəsində kütləvi surətdə vətəndaşların sağlamlığının qorunması, bərpası və xəstəliklərinin müalicəsi üçün keyfiyyətli və təhlükəsiz dərman vasitələri almaq hüquqlarını məhdudlaşdırmaqla onların qanunla qorunan mənafelərinə mühüm zərər vurub.
 
Bundan başqa, qeyd edilən müəssisələrin vəzifəli şəxslərinin uzun müddət ərzində mənşəyi məlum olmayan və dövlət qeydiyyatından keçirilməyən dərman preparatlarını ölkəyə gətirib satışını təşkil etmələri müəyyən edilib. Belə ki, müəssisələrin inzibati binalarında, ofislərində və apteklərində aparılmış axtarışlar zamanı mənşəyi məlum olmayan və ya dövlət qeydiyyatından keçirilməmiş 38 min manat dəyərində 37 adda, 15385 qutu dərman preparatları aşkar edilib dövriyyədən çıxarılıb.
 
Habelə, istintaq-əməliyyat tədbirləri zamanı 9 adda əhalinin müəyyən təbəqələrinə pulsuz verilməsi üçün dövlət büdcəsi vəsaiti hesabına ayrılmış 51 qutu dərman vasitələrinin qanunsuz satışının həyata keçirilməsi müəyyən edilmiş, hazırda həmin dərmanların hansı yolla əldə edilərək satışının təşkil olunması araşdırılır.
 
Qeyd olunan qanun pozuntularının törədilməsi həmin vəzifəli şəxslərin özlərinin ifadələri ilə yanaşı, şahid ifadələri, şirkətlərin fəaliyyət göstərdiyi ünvanlardan aşkar edilmiş dərman vasitələri, ayrı-ayrı həkimlər tərəfindən pasientlərə dərmanların təyin edilməsi müqabilində mütəmadi olaraq aylıq 50-1000 manat məbləğlərdə pulların verilməsi barədə yazılı qeydləri özündə əks etdirən dəftərlər, dərman vasitələrinin dövriyyəsini əks etdirən "qara mühasibatlıq” sənədləri, eləcə də "Epidbiomed” MMC-nin fəaliyyət göstərdiyi ofisdən mühasibatlıqdan gizlədilməklə kassaya mədaxil edilməmiş milli və xarici valyutada 138 min manat məbləğində pul vəsaiti, digər maddi sübutlar və istintaq sənədləri ilə təsdiq olunub.
 
Toplanmış ilkin sübutlar əsasında Müşfiq Nağıyev, Hafiz Orucov, Asim Kərimov, Namiq Əliyev və Kamal Məmmədova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətindən sui-istifadə), 200-1.2.2 və 200-1.2.3-cü (dərman vasitələrinin qanunsuz dövriyyəsi) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
 
Hazırda cinayətin törədilməsində iştirakı olan bütün şəxslərin dairəsinin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb edilmələrii istiqamətində tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
 
Bu növ qanunazidd əməllərə məruz qalmış vətəndaşlardan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı "Qaynar xətt” əlaqə mərkəzinə müraciət etmələri xahiş olunur.
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Yevlaxda ər arvadını öldürərək özünə xəsarət yetirib
19:30 19.05.2024
Latviya Parlamentinin sədri Şuşaya gedib
19:00 19.05.2024
Azərbaycanda Tacikistan Mədəniyyəti Günləri başlayır
18:40 19.05.2024
İran Prezidenti: Qarabağın Azərbaycanın ərazisi olduğunu tam açıq şəkildə bildirən ilk ölkələrdən biri olmuşuq
18:20 19.05.2024
Səudiyyə Ərəbistanı kralı Salman müalicə olunur: Testlər aparılacaq
Səudiyyə Ərəbistanı kralı Salman müalicə olunur: Testlər aparılacaq
18:00 19.05.2024
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğradı
17:40 19.05.2024
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:20 19.05.2024
İlon Mask 30 il ərzində Marsda həyat vəd edir
İlon Mask 30 il ərzində Marsda həyat vəd edir
17:00 19.05.2024
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə start veriblər
16:40 19.05.2024
Ağsu dolaylarında asfalt çöküb, hər iki istiqamətdə yol bağlanıb
16:20 19.05.2024
İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
16:00 19.05.2024
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:40 19.05.2024
Türkiyə MN: Suriyanın şimalında 5 terrorçu zərərsizləşdirilib
15:20 19.05.2024
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
15:00 19.05.2024
"Yuventus"un müvəqqəti baş məşqçisi bəlli olub
"Yuventus"un müvəqqəti baş məşqçisi bəlli olub
14:40 19.05.2024
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
14:20 19.05.2024
Dövlət başçısı: İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir
14:00 19.05.2024
Prezident: “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir
13:50 19.05.2024
Ukrayna Rusiyanın daha bir gəmisini məhv edib
Ukrayna Rusiyanın daha bir gəmisini məhv edib
13:40 19.05.2024
İlham Əliyev: İran-Azərbaycan əlaqələri bölgəmizdə sabitliyin önəmli şərtidir
13:20 19.05.2024
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
13:00 19.05.2024
Azərbaycanın bəzi bölgələrində qar yağıb - FAKTİKİ HAVA
Azərbaycanın bəzi bölgələrində qar yağıb - FAKTİKİ HAVA
12:40 19.05.2024
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
12:20 19.05.2024
Kralın sərvəti Kraliça Elizabeti keçdi
Kralın sərvəti Kraliça Elizabeti keçdi
12:00 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
11:20 19.05.2024
Qırğızıstanın Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edib
11:00 19.05.2024
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
10:40 19.05.2024
Almaniya Müdafiə Nazirliyi Ukraynaya yardım üçün 3,8 milyard avro istəyib
10:20 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
10:00 19.05.2024
Lavrov Avropanı bir nəsil üçün “SİLDİ”: “Tərəfdaş kimi aktual olmayacaq”
09:40 19.05.2024
Putin Tokayevə Çin səfəri ilə bağlı təəssüratlarını bölüşüb
09:20 19.05.2024
İranın Omanda Vaşinqtonla dolayı danışıqlar apardığı təsdiqlənib
09:00 19.05.2024
Rusiya XİN İsveçrədə Ukrayna üzrə sammitin keçirilməsinə münasibət bildirib
00:14 19.05.2024
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
23:58 18.05.2024
Güləş yığmamız Avropa çempionu oldu
23:31 18.05.2024
Cüdoçularımızın dünya çempionatındakı rəqibləri müəyyənləşdi
22:48 18.05.2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
22:24 18.05.2024
“Bu il alacağımız F-16-lar müharibədə həlledici rol oynamayacaq” - Zelenski
21:55 18.05.2024
Moldovada demoqrafik vəziyyət pisləşib
21:29 18.05.2024
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
21:11 18.05.2024
Hamısı