"Bakubus" MMC-nin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev Modern.az saytına açıqlamasında deyib ki, “BakuBus”un avtobuslarında havalandırma sistemi hazırda işləyir:
“Və ehtiyac yaranarsa yan pəncərələr də açılır. Sərnişinlər bununla bağlı sürücüyə yaxınlaşıb müraciət edə bilər. Bu cür məsələlərdə çoxluğun fikri əsas götürülür. O ki qaldı kondisonerlərin işlədilməsinə, bununla bağlı qaynar xəttimizə də sərnişinlər tərəfindən müraciətlər daxil olur”.
M.Piriyev avtobuslardan kondisionerlərin nə zaman işə salınacağından da söz açıb:
“Çox güman ki, yaxın günlərdə hava şəraiti nəzərə alınmaqla kondisionerlər də işə salınacaq. Bildiyiniz kimi avtobuslarımızda kondisionerlərin işləmə mexanizmi mərkəziləşdirilmiş qaydada həyata keçirilir. Bu gündəlik hava şəraitinə uyğun olaraq tənzimlənir”.