Ermənistan hərbi birləşmələri işğal altında olan Azərbaycan torpaqlarında növbəti hərbi təlimlərə başlayıblar.
Təlimlər Ağdam rayonunun Uzundərə adlanan ərazisində keçirilir.
Ağır artilleriya qurğularından atılan mərmi səsləri cəbhə xəttinə yaxın olan yaşayış məntəqələrində eşidilir.