Bakı Beynəlxalq Tələbə Klubu İB - Azərbaycan respublikası Prezidentinin yanında Gənclər fondunun maliyyə dəstəyi ilə Bakı Slavyan Universitetində “Əcnəbi və Azərbaycanlı gənclərin vətənpərvərlik mövzüsunda birgə müzakirələrinin təşkili” adlı layihə həyata keçirib. Yerli və əcnəbi gənclər tərəfindən maraqla qarşılanan müzakirənin əsas mövzusu vətən məfhumu olsa da yerli əcnəbi gənclər Vətən mənsubiyyəti, ərazi bütövlüyü, milli atributlar, Vətəndaşlıq tərbiyyəsi, Vətənpərvərliyə təsir edən amillər, Vətən maraqlarının qorunması və təbliği istiqamətində maraqlı və fərqli fikirlər səsləndirdilər.
Layihənin əsas məqsədi yerli və əcnəbi tələbələr arasında Vətənpərvərliklə bağlı fikir mübadiləsinin keçirilməsi, ölkələrarası dostluq əlaqələrinin qurulmasında gənclərin rolunun artırılması, irqindən, dinindən asılı olmayaraq multikultural dəyərlərə əsaslanaraq vətənpərvərlik mövzusunda birgə çıxışlarını təmin etməkdən ibarətdir.
Layihənin keçirilməsində yaxından iştirak edən tanınmış ekspert və təlimçilər yerli və əcnəbi gəncləri maraqlandıran sualları ətraflı cavablandırdılar.
Müzakirənin əsas mövzusu vətən məfhumu olsa da yerli əcnəbi gənclər Vətən mənsubiyyəti, ərazi bütövlüyü, milli atributlar, Vətəndaşlıq tərbiyyəsi, Vətənpərvərliyə təsir edən amillər, Vətən maraqlarının qorunması və təbliği istiqamətində maraqlı və fərqli fikirlər səsləndirdilər.