Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, hazırda yanğınsöndürən briqadalar hadisə yerindədir.
“Yanğın Nərimanov heykəli yaxınlığında baş verib. Heykəlin yaxınlığındakı ərazidə ancaq kol-kos yanır. Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır”.
Məlumatda bildirib ki, yanğın ətrafdakı binalar üçün təhlükə yaratmır. Yanğının baş vermə səbəbi bəlli deyil.
***
Bakının Yasamal rayonunda güclü yanğın başlayıb.
Hazırda ərazidə güclü yanğın davam edir. Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadası cəlb edilib.
Qorxulu məqam isə, həmin ərazidə yaşayış evlərinin olmasıdır.
Canlı yayımı təqdim edirik.