Professor Qarabağla bağlı Putinə məktub yazdı “Qarabağ məsələsində Azərbaycana alçaldıcı münasibət…”

Cəmiyyət 16:51 10.06.2018

Azərbaycan Dövlət İqtisad Universitetinin – UNEC-in “Əməyin iqtisadiyyatı və təşkili” kaferdrasının müdiri, Azərbaycanın Əməkdar Elm Xadimi, keçmiş SSRİ Jurnalistlər İttifaqının üzvü, “Qızıl qələm” mükafatçısı, iqtisad elmləri doktoru, professor Tofiq Əvəz oğlu Quliyev Rusiya prezidenti Vladimir Putinə yeni bir məktub ünvanlayıb.“Qarabağ məsələsində Azərbaycana alçaldıcı münasibət” bağlığı ilə yazılmış məktubda professor T.Ə.Quliyev Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə “öz müqəddəratını təyin etmək” adı altında haqq qazandırılmasının yolverilməz olduğunu bildirir.

Bu cür yanaşmanın Azərbaycanın suverenliyinə qəsd olmaqla yanaşı, beynəlxalq hüquqa da zidd olduğunu vurğulayır. Problemin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə biləcəyini vurğulayan professor Tofiq Quliyev Rusiyanın bu məsələnin obyektiv həllinə yardım göstərməsinin zəruri olduğunu vurğulayıb.

“AzPolitika.info” həmin məktubun həm rus dilində yazılmış orijinal mətnini, həm də tərcüməsini təqdim edir:

Qarabağ probleminin həlli üçün variantların seçilməsi

Milli azlıqların suveren dövlətin ərazisini ələ keçirməsi cəhdi etnik qruplara özünü idarəetmə statusunun verilməsi anlayışına ziddir. Çünki bu proses təcavüzü ifadə edir, onu bir növ legitmləşdirir. Ərazi üzrə özünü idarəetmə statusu və ya muxtariyyət bu muxtariyyətin aid olduğu dövlətin suverenliyini pozmaq demək deyil. Əks halda bu, mərkəzi dövlətlərin öz suverenliyini, ərazi bütövlüyünü itirməsilə nəticələnər. İndiki halda belə çıxır ki, etnik qruplar bir dövlət daxilində daha çox hüquq əldə edirlər. Əslində isə mərkəzi hakimiyyətin özü etnik qrupların özünü idarəetmə statusunu və səviyyəsini müəyyənləşdirməlidir.

AzNews.az_Dagliq_Qarabag

Ölkə ərazisinin müəyyən hissəsini işğal etdikdən sonra bu qruplar öz iradələrini suveren dövlətə diktə edirlər. Beləliklə, belə çıxır ki, milli azlıqların maraqları yerli əhalinin və dövlətin maraqlarının ciddi şəkildə pozulması hesabına həyata keçirilir. Bu halda milli azlıqların öz müqəddəratını təyin etmək hüququ milli hökumətin vahid dövlət idarəçiliyini həyata keçirmək hüququ, vəzifəsi ilə ziddiyyət təşkil edir. Nəticədə milli azlıqların xeyrinə, ölkənin köklü əhalisinin isə ziyanına olan disbalans yaranır.
Belə hallarda sual yaranır: Azərbaycan bu vəziyyətdə öz təhlükəsizliyini necə təmin edə bilər?
Burada əsasən 2 variant var: ya Azərbaycan dövləti cavab zərbəsi ilə ərazilərini işğaldan azad etməlidir, ya da ərazisinin işğal olunması ilə razılaşmalıdır.

Ancaq eyni zamanda 3-cü variant da var: erməni icmasına dünyada qəbul olunmuş ən yüksək səviyyəyə (Tatarıstan, Başqırtdıstan və s.) uyğun öz müqəddəratını təyin etmə hüququnun verilməsi. Buna da, Azərbaycanın razı olduğunu Prezident dəfələrlə bildirib.

Yeri gəlmişkən xatırlayaq ki, Azərbaycan ermənilərə böyük imtiyazlar verməyə, güzəştlər etməyə hazır olduğu halda, İspaniya Kataloniyaya heç bir imtiyaz təqdim etməmişdir. Nəinki güzəştə getmədi, hətta Kataloniyaya müstəqillik istəyən hərəkatın təxminən 700 üzvünü həbs etdi, liderlərini isə Avropa ölkələrində axtarışa verdi.

Ancaq respublikamız erməni icmasına qarşı belə kəskin mövqe nümayiş etdirmək istəmir. Biz çox yaxşı bilirik ki, sadə ermənilər arasında sağlam düşüncəli və namuslu insanlar da var. Hansı ki, onlar öz “liderlərinin” əsiri olub və ya toruna düşüblər. Oğulları yad torpaqlarda ölən erməni anaları və atalarını yaxşı başa düşürəm və onlara acıyıram.
Beynəlxalq norma və qaydalara görə, öz ərazi bütövlüyünü qoruya, ərazisinə nəzarət edə bilməyən dövlətlər fəaliyyət qabiliyyəti olmayan dövlət hesab olunur. Bu meyar təcavüz faktının dövlətin suverenliyinin pozulmasına və reytinqinin pisləşməsinə təsir edən əsas göstəricilərdən (dünyada qəbul edilmiş 12 göstəricidən) biri hesab olunur.
Belə bir vəziyyətdə, hörmətli Vladimir Vladimiroviç, 7 may 2018-ci il tarixində İnauqurasiya mərasimi zamanı Sizin qeyd etdiyiniz sözləri xatırlamaq olar: “Ölkənin suverenliyini və ərazi bütövlüyünü qorumaq lazımdır”. Sözlərinizlə razıyam və hesab edirəm ki, Siz də Azərbaycanın suverenliyinə təcavüz edilməsindən narahatsınız.

 Ərazi bütövlüyü ilə suverenliyin nisbəti haqqında

Dövlətçilik, milli təhlükəsizlik, suverenlik ilk öncə ölkənin ərazi bütövlüyü ilə təyin olunur. Bu, digər əlamətlərlə müqayisədə fundamental bir əsasdır, dominant meyardır. Bu baxımdan Azərbaycan əraziləri təcavüzə məruz qalaraq işğal edildiyindən, dövlətin suverenliyi və təhlükəsizliyi əhəmiyyətli dərəcədə aşağı səviyyəyə düşmüşdür.

58fda464933e8

Hər bir ölkə, o cümlədən Azərbaycan bir dövlət kimi, öz suverenliyini təmin etmək və kompleks təhlükəsizlik sistemini formalaşdırmaq hüququna malikdir. Bildiyimiz kimi, Rusiya 2017-ci ildə öz iqtisadi və siyasi strategiyasını qəbul edib. Bu, çox yaxşıdır və həqiqətən də biz həmişə Rusiyanın bütün problemlərinin təhlükəsiz və yüksək səviyyədə həll olunmasını dəstəkləyirik. Rusiya tərəfinin də Azərbaycanın təhlükəsizliyi ilə əlaqədar eynilə narahat olmasını istərdim.

Öz müqəddəratını təyin etmək üçün əsaslar və səbəblər

Bir qayda olaraq, hansısa millət və ya milli azlıq zülmə məruz qaldıqda, qeyri-bərabər hüquqlara malik olduqda, obyektiv olaraq öz müqəddəratını təyin etmək tələbi yarana bilər. Azərbaycanda isə ermənilərə azərbaycanlıların və eləcədə digər millətlərin malik olduğu bütün imtiyazlar, hüquqlar verilmişdir. Biz onlarla mehriban dostluq şəraitində yaşayırdıq.

Buna görə “öz müqəddəratını təyin etmək” və “ayrılmaq” anlayışları eyni ifadələr kimi başa düşülə bilməz. Ermənilər əvvəllər də Azərbaycan dövlətinin əldə etdiyi gəlirlərdən ölkənin digər vətəndaşları kimi istifadə edirdilər və gələcəkdə də edə bilərlər. Bu mənada, Azərbaycan Respublikasında yaşayan bütün etnik azlıqlar eyni hüquqlara, eyni yaşayış şərtlərinə və statuslarına malikdirlərlər – bütün bunlar əslində, onların öz müqəddəratını təyin etmə statusunun təcəssümü sayıla bilər. Bir sözlə, ermənilər artıq öz müqəddəratını reallaşdırıb və Azərbaycan daxilində də yuxarıda göstərilən qarşılıqlı məqbul variantlardan birini seçməklə həyata keçirilə bilərlər.

Hər hansı bir ölkənin daxilindəki milli azlıqlar üçün həm də milli-mədəni muxtariyyət variantı da mövcuddur. Bu halda, milli azlıqları dövlətin yerli əhalisi arasında yaşayan insanların etnik icmasının tarixi forması kimi qiymətləndirmək olar.

agdam_xarabaliqlari_358384

Bundan başqa, qeyd etmək lazımdır ki, milli dövlətlərin və millətlərin öz müqəddəratını təyin etməsi problemi ikinci dünya müharibəsindən sonra aktual idi. Hansı ki, müstəmləkə boyunduruğundan azad olan (İngiltərə, Fransa, və s. timsalında) millətlər bu tələblə çıxış edirdilər.
Bu zaman öz müqəddəratını təyin etmə tələbi ilə çıxış edən millətlərlə inkişaf etməmiş ölkələr və müstəmləkəçi dövlətlər arasında ziddiyyətlər meydana gəlirdi.
Deməli, müasir dövrdə bəzi ölkələr tərəfindən başqalarının ərazilərini işğal etməklə, zorakılıq yolu ilə, hansısa millətin suverenlik əldə edilməsinə cəhd olunması nəinki aktual deyil, həm də qanunsuz, beynəlxalq hüquqa zidd hərəkətdir.

Milli xudbinlik, milli nihilizm

Milli münasibətlər çox mürəkkəb prosesdir. Problemsiz baş verən heç bir milli proses yoxdur. Buna görə də millətçiliyə və şovinizmə qətiyyən yol vermək olmaz. Bu anti-dini və anti-milli tendensiyalara, ekstremizmə, insanların psixologiyasının zəhərlənməsinə səbəb ola bilər.

Hazırda milliyyətçi düşüncə, ön yargı yalnız millətlər arasında deyil, həm də dövlətlər arasında geniş yayılmışdır. Bu xüsusilə iqtisadi sahədə, dünya bazarını ələ keçirməyə cəhd edən ölkələr, dövlətlər arasındakı müxtəlif münasibətlərdə özünü göstərir. Dünyada əsassız olaraq milli proteksionizm, dünya liderliyinə can atmaq, millətlərarası soyuqluq və sair hallar getdikcə artır. Bu, bir çox ölkələrə, eləcə də Rusiyaya, xüsusən də Azərbaycana mənfi təsirini göstərir.

Yalanlara əsaslanan təcavüzkar davranış

Müasir dövrdə təcavüz kimi zərərli psixologiya yalançı “öz müqəddaratını təyin etmə” prinsipi altında gizlədilir. Bu da özünü ölkələrin parçalanmasında, hakimiyyətlərin qeyri-qanuni yollarla ələ keçirilməsində, ölkələrin daxili işlərinə demokratiyanın “müdafiə” şüarı altında kobud müdaxilələrdə, həmçinin beynəlxalq geosiyasi proseslərdə özünü biruzə verir. Belə mənfi tendensiyalardan Azərbaycan və dünyanın digər ölkələri əziyyət çəkir. Bəziləri belə metodlardan – mili eqoizmi, separatizmi gücləndirmədən, başqalarının torpaqlarını, hakimiyyəti ələ keçirməkdən öz mənfəətləri üçün istifadə edirlər.
Ermənistanın keçmiş prezidenti S.Sarkisyan 07.03.2017-ci ildə Fransada iddia etdi:“Azərbaycan bizi müharibə ilə təhdid edir. Beynəlxalq ictimaiyyət Azərbaycana təsir etməlidir”.

Bu yalandır, Azərbaycan Ermənistanı təhdid etmir, amma işğal edilmiş ərazilərini azad etmək və geri qaytarmaq istəyir. Bu açıq bir həqiqətdir. Bütün dünya bilir ki, Azərbaycan deyil, Ermənistan Azərbaycan ərazilərini zorakılı formada ələ keçirmişdir. Burada yalnız bir ifadənin işlədilməsi yerinə düşər – təcavüz.
Zülmün, təcavüzün heç vaxt əxlaqi, etik təməlləri olmayıb və olmayacaqdır. Bu şərtsiz, mütləq bir həqiqətdir! Həqiqət birmənalıdır – onu başqa bir şəkildə izah etmək, adlandırmaq mümkün deyil. Təəssüf ki, təcavüzkarlıq və qeyri-təcavüzkarlıq arasında demarkasiya xətti kifayət qədər düzgün çəkilmir.
Ərazisinin zəbt olunması, sərhədlərinin kobud şəkildə pozulması, suverenliyinə, o cümlədən iqtisadi və siyasi suverenliyinə hər hansı müdaxilə zərərçəkən ölkəyə konseptual olaraq təcavüzkara müharibə elan etmək hüququ verir. Ancaq müharibə böyük dağıntılara, vəhşiliklərə səbəb olur. Ona görə də, xüsusən qonşu ölkələr arasında müharibəyə imkan verilməməsi daha yaxşıdır. Bu məsələnin kritik nöqtədə dayanmaq çox təhlükəlidir.

1514301895_untitled-1-recovered

Bütün dünya və ermənilərin özləri də bilirlər ki, müharibəni Azərbaycan tərəfi başlamamış, Azərbaycan başqa ölkənin torpaqlarını ələ keçirməmişdir. Beləliklə, biz sülh və sabitliyin, eləcə də dinc həyatın mənasını və dəyərini gözəl dərk edirik. Lakin Azərbaycanın tolerantlıq dərəcəsinin də müəyyən bir hüdudu, həddi var.

Sülhə məcburetmə

Hazırda münaqişənin hər iki tərəfini sülhə məcbur etmək istiqamətində ziddiyyətli ritorika mövcuddur. Silahlı münaqişələrin qarşısını almaq üçün müvafiq mexanizmlərin və konsepsiyaların mühüm rolu inkar edilməzdir. Bu vəziyyətdə ilk vəzifə hərbi münaqişələrin qarşısını almaq, münaqişə şərtlərini və amillərini neytrallaşdırmaq, yaxud aradan qaldırmaq olmalıdır. Lakin, işğal olunmuş ərazilərin azad edilməsinə, sülhə nail olmaq mümkün deyil. Heç bir suveren dövlət, o cümlədən ABŞ, Rusiya, və başqaları ərazilərinin işğal olunması faktı ilə razılaşmaz.
Birdəfəlik dərk etmək lazımdır ki, ölkələr, millətlər arasında münaqişələr həmişə dünyada, eləcə də regionlarda kompleks problemlər yaradıb və yaradacaqdılar.
Təsadüfi deyil ki, sülhə məcbur etmək imtiyazlı diplomatiya metodu kimi qiymətləndirilir. Hansı ki, sülhməramlı danışıqlar, aksiyalarla həyata keçirilir.Dünyada bundan başqa heç bir alternativ konsepsiya yoxdur. Mövcud problemlərin sülh yolu ilə həlli üçün başqa heç bir paradiqma və standart yoxdur.
Yeri gəlmişkən, sülhə məcbur etmənin əsas formalarından biri təcavüzün qarşısını almaqdır – bu BMT-nin qərarıdır. Lakin Ermənistanı silahlı qüvvələrinin Azərbaycanın ərazisindən çıxarılmasına dair BMT-nin 4 Qətnaməsi var.

7

Sual yaranır – müharibənin qarşısını almaq üçün başqa hansı həlledici variantlar icad ediləcəkdir?
Başqa bir variant da var: yalançı manipulyasiya – problemlərin saxta manipulyasiyası… Amma işğaldan ötən müddətdə bu variantdan tam istifadə edilmişdir. Bütün dünya kimin işğalçı olduğunu bilir.
Budur, artıq 25 ildir Azərbaycan sanki təlqin altındadır: təcavüzkar tərəf özünün haqlı olduğunda israr etməli, işğalına haqq qazandırmalıdır, Azərbaycan isə səssiz qalmaq məcburiyyətindədir? Hətta heç kimi maraqlandırmır, nə üçün Ermənistan Azərbaycanın dövlətinin beynəlxalq səviyyədə tanınan qanuni ərazilərini ələ keçirməlidir? Bəlkə bu da hipnozdur?

Millətlərarası ünsiyyət mədəniyyəti

Müasir şəraitdə, xalqlarımız arasında baş vermiş xoşagəlməz hadisələrin elmə əsaslandırılmış sakit, emosiyasız təhlili bizim fikrimizcə, böyük əhəmiyyətə malikdir. Burada əsas rolu beynəlxalq münasibətlərdə və ünsiyyətdə mənəvi proseslərin hərtərəfli analizi oynayır. Bu proses digər hadisələrdən ayrı, epizodik yox, bütöv bir şəkildə qiymətləndirilməməlidir. Eyni zamanda, respublika və millətlər arasındakı effektiv, lokal və qlobal iqtisadi, mədəni əlaqələri aşkara çıxarıb, təbliq etmək lazımdır. Ermənistan iqtisadi müstəqilliyinə, suverenliyinə özünütəcrid və Azərbaycanla qarşıdurma şəraitində başladı. Həmin dövrə qədər Ermənistan Azərbaycanın nəqliyyat infrastrukturundan istifadə edərək, yük dövriyyəsinin 90% -ni, idxalın 85% -ni və yanacaq fondunun 80% -ni həyata keçirmişdir. Görünür, bu, Ermənistanın müəyyən dairələrini qane etmirdi. Bu səbəbdən 1988-ci ildən sonra Bakı-İrəvan dəmir yolunda bir çox terror hadisəsi təşkil edilmişdi və çoxlu insan öldürülmüşdür.
Həyat göstərir ki, həddən artıq radikal emosiyalar hətta münaqişələri alovlandırmaq istəyənlərə də fayda gətirə bilməz. Hesab edirəm ki, iki ölkə xalqları arasında gərginliyin yumşaldılması, keçmiş sosial- iqtisadi əlaqələrin bərpası üçün ağılın qələbə çalması və Rusiyanın bu sahədə yardımı lazımdır. Cənubi Qafqazda təhlükəsizliklə bağlı ciddi düşünməyin vaxtıdır!

Dərin hörmətlə, professor Tofiq Əvəz oğlu Quliev.

 Azərbaycan Dövlət İqtisad Universitetinin “Əməyin iqtisadiyyatı və təşkili” kafedrasının müdiri, iqtisad elmləri doktoru, Əməkdar Elm Xadimi, keçmiş SSRİ Jurnalistlər İttifaqının üzvü 

İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
15:00 19.05.2024
"Yuventus"un müvəqqəti baş məşqçisi bəlli olub
"Yuventus"un müvəqqəti baş məşqçisi bəlli olub
14:40 19.05.2024
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
14:20 19.05.2024
Dövlət başçısı: İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir
14:00 19.05.2024
Prezident: “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir
13:50 19.05.2024
Ukrayna Rusiyanın daha bir gəmisini məhv edib
Ukrayna Rusiyanın daha bir gəmisini məhv edib
13:40 19.05.2024
İlham Əliyev: İran-Azərbaycan əlaqələri bölgəmizdə sabitliyin önəmli şərtidir
13:20 19.05.2024
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
13:00 19.05.2024
Azərbaycanın bəzi bölgələrində qar yağıb - FAKTİKİ HAVA
Azərbaycanın bəzi bölgələrində qar yağıb - FAKTİKİ HAVA
12:40 19.05.2024
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
12:20 19.05.2024
Kralın sərvəti Kraliça Elizabeti keçdi
Kralın sərvəti Kraliça Elizabeti keçdi
12:00 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
11:20 19.05.2024
Qırğızıstanın Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edib
11:00 19.05.2024
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
10:40 19.05.2024
Almaniya Müdafiə Nazirliyi Ukraynaya yardım üçün 3,8 milyard avro istəyib
10:20 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
10:00 19.05.2024
Lavrov Avropanı bir nəsil üçün “SİLDİ”: “Tərəfdaş kimi aktual olmayacaq”
09:40 19.05.2024
Putin Tokayevə Çin səfəri ilə bağlı təəssüratlarını bölüşüb
09:20 19.05.2024
İranın Omanda Vaşinqtonla dolayı danışıqlar apardığı təsdiqlənib
09:00 19.05.2024
Rusiya XİN İsveçrədə Ukrayna üzrə sammitin keçirilməsinə münasibət bildirib
00:14 19.05.2024
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
23:58 18.05.2024
Güləş yığmamız Avropa çempionu oldu
23:31 18.05.2024
Cüdoçularımızın dünya çempionatındakı rəqibləri müəyyənləşdi
22:48 18.05.2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
22:24 18.05.2024
“Bu il alacağımız F-16-lar müharibədə həlledici rol oynamayacaq” - Zelenski
21:55 18.05.2024
Moldovada demoqrafik vəziyyət pisləşib
21:29 18.05.2024
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
21:11 18.05.2024
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
21:00 18.05.2024
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
20:34 18.05.2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:20 18.05.2024
BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir
20:00 18.05.2024
"Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiya Azərbaycanın müstəqil inkişaf yoluna işıq salır
19:59 18.05.2024
Qarabağ Universitetinin bukleti hazırlanıb
19:29 18.05.2024
Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
19:00 18.05.2024
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
18:20 18.05.2024
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18:00 18.05.2024
Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib
17:39 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında - YENİLƏNİB
17:20 18.05.2024
Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi
17:00 18.05.2024
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
16:29 18.05.2024
Hamısı