"Qoy sahillər təmiz olsun" fəallar Buzovna çimərliyini tullantılardan təmizlədilər

Cəmiyyət 15:21 11.06.2018

Dünən Bakıdan 24 km məsafədə yerləşən Buzovna kəndindəki çimərliklərdən birini tullantılardan təmizləmək üçün doqquzuncu aksiya keçirilib. Burada təbiətə biganə qalmayan əksəriyyətini gənclərin təşkil etdiyi 300-dən çox könüllü iştirak edirdi.

Hər il çimərlik mövsümü başlanmazdan öncə sahilyanı ərazilərin təmizlənməsi üçün kampaniya keçirilir. Bu barədə Eurasia Diary xəbər verir.

Tədbirin əsas məqsədi təmizləmənin özü deyil, azərbaycanlıların ekologiya ilə bağlı problemlərə dair marifləndirilməsi idi.

Layihənin ideyasının əsas təşəbbüskarı "IDEA" İctimai Birliyi (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) idi. Təşkilat 2011-ci ildə  dünyanın hər yerindən gəncləri birləşdirərək ətraf mühitin qorunması sahəsində maarifləndirmə işinin aparılması məqsədilə fəaliyyətə başlayıb.

Tədbirin təşkilatçıları qismində bu il də "Təmiz Şəhər" ASC, Gənclər Fondu və Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi çıxış edirdi. Qeyd edək ki, tədbirin tərəfdaşı UNİCEF və BAMF-ın rəhbərliyi altında fəaliyyət göstərən Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) və Azərbaycan Gənclər Təşkilatı ATGTİ idi. 

Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasının (ECOSOC) Azərbaycanda ümumi məşvərətçi statusuna malik yeganə təşkilat olan BAMF, BMT-nin dəyər və prinsiplərini bölüşür. Beləliklə, təşkilatın regionda Davamlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsinə yönəlmiş fəaliyyəti aktiv şəkildə dəstəkləməsi vacibdir.

Aksiya Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunmuş "Yaşıl Həftə" tədbirləri çərçivəsində keçirilib. "Qoy sahillər təmiz olsun" şüarı altında keçirilən tullantıların toplanması prosesi nəticəsində fəallar 5 tondan artıq tullantı toplayıblar.

Tədbirin iştirakçılarına öncədən təmizləmə üçün zəruri olan hər şeyi verdilər: günəşdən müdafiə papaqları, küləkdən qoruyan üzlüklü paltarlar, əlcəklər, zibil üçün torbalar. Qumun altından böyük ölçüdə olan tullantıları toplamaq üçün kiçik ekskavatorlardan istifadə olundu. Toplanan zibil çeşidlənməsi üçün Balaxanı kəndində yerləşən məişət tullantıları  zavoduna göndərildi.

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Rezident Əlaqələndiricisi Qulam İsakzai "Eurasia Diary”-ə bildirib ki, tədbirin əsas məqsədi azərbaycanlıların şəhərlər, şəhərətrafı ərazilər və çimərliklər daxil olmaqla ətraf mühitin qorunması barədə məlumatlandırılmasıdır.

O, bir ay əvvəl, BMT-nin balıqçılığa və bütövlükdə sualtı həyata böyük ekoloji zərər vuran plastik tullantıların təhlükələri haqqında əsas hesabatını açıqladığını xatırlatdı.

"Biz cəmiyyəti yaxşıya doğru dəyişmək və öz timsalımızda başqalarını ətraf mühitə qayğı göstərməyə ruhlandırmaq üçün burdayıq", deyə Qulam İsakzai bildirib.

BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı rəhbəri Edvard Karvardin burada 300-dən çox adamın hər birimizin ətraf mühitin mühafizəsinə necə asanlıqla töhfə verə biləcəyimizi nümayiş etdirmək üçün toplaşdığını söylədi.

"Özümüzdən başlamalıyıq! Hətta kiçik bir təşəbbüs dünyanı yaxşıya doğru dəyişməyə qadirdir!"

FAO-nun Azərbaycandakı nümayəndəsi Melek Çakmak xatırladıb ki, onların təşkilatı üzv ölkələrə davamlı qidalanmanın təmin edilməsinin ayrılmaz tərkib hissəsi olan balıqçılığın inkişaf etdirilməsində yardım edir. Buna görə də, onun sözlərinə görə, FAO üçün ekosistemin, o cümlədən su ehtiyatlarının qorunmasına yönələn fəaliyyət önəm daşıyır.

"Yəqin ki, torbalara və iplərə sarılmış və ya plastik tullantılara ilişib qalmış   dəniz canlılarını əks etdirən çoxsaylı dəhşətli fotoları görmüsünüz. Bizim vəzifəmiz dünya okeanını qorumaqdır, beləcə gələcəyimizi qorumuş olacağıq".

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev təbiəti qorumağın hər kəsin vəzifəsi olduğunu vurğulayıb.

"Təbiətimizin bütün nemətləri yalnız bizim deyil. Gələcək nəsillər barədə də düşünmək lazımdır. Bu aksiyanın köməkliyilə gənclərimizə nümunə göstəririk".

Umud Mirzəyevin sözlərinə görə, tədbir tərbiyəvi xarakter daşıyır.

BMT-nin Azərbaycandakı ofisinin İctimai İnformasiya Departamentinin nümayəndəsi Rəşad Hüseynov tədbirin təbiətə qayğı ideyasını çatdırmaq üçün Azərbaycan ictimaiyyətinə mesaj göndərməklə simvolik olduğunu vurğuladı.

"BMT Azərbaycanın ətraf mühitin qorunması sahəsində səylərini dəstəkləmək istədiyi üçün iştirak edir. BMT 2030-cu ilədək müddət üçün nəzərdə tutulmuş Davamlı İnkişaf Gündəliyini təsdiq etmiş 193 ölkəni əhatə edən bir platformadır. Beləliklə, BMT 13-i iqlim dəyişikliyinə həsr olunmuş Davamlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsini təmin etmək üçün çalışır".

Onun sözlərinə görə, bu tədbir vasitəsilə BMT Azərbaycanda DİM-nin həyata keçirilməsinə dəstəyini nümayiş etdirir.

Natalya Quliyeva

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Hamısı