“Uşaq qaynar xətti” artıq Göygöldə

Cəmiyyət 14:09 13.06.2018

Uşaqlar adətən üzləşdikləri çətinliklər - onlara qarşı baş vermiş haqsızlıq, qanun pozuntusu və zorakılıq haqqında valideynlərinə və yaxınlarına danışmaqdan çəkinir, öz hisslərini digərlərindən gizlədir, çıxış yolu axtarmaqda çətinlik çəkirlər. Çətinliklərini bölüşmədikcə ağır psixoloji sarsıntı yaşamış, müxtəlif birdəfəlik və ya davamlı zorakılığa məruz qalmış uşaqların durumu getdikcə daha da ağırlaşır, problemlər daha da dərinləşir. Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da uşaqların müraciət edib, məsləhət istəyə biləcəkləri, keçirdikləri hissləri, emosiyaları, psixoloji zədələri bölüşə biləcəkləri peşəkar Uşaq qaynar xətt xidmətinə ehtiyacı var.

Bu ehtiyacı nəzərə alaraq, 2010-cu ildə Təhsil Nazirliyinin əməkdaşlığı və Azercell Telekom-un dəstəyi ilə Ümidli Gələcək GİB tərəfindən Bakı şəhərində Azərbaycan uşaq qaynar xətt xidməti yaradıldı.

2017-ci ildə Azercell şirkətinin təşəbbüsü və dəstəyi ilə qaynar xətt xidmətinin İOS və Android əməliyyat sistemləri üçün nəzərdə tutulan mobil tətbiqləri istifadəyə verildi.

Fəaliyyət göstərdiyi səkkiz il ərzində “Azərbaycan uşaq qaynar xətt” xidmətinə müxtəlif problemlərlə bağlı ölkənin bir çox şəhər və rayonlarından uşaqlar və gənclər, habelə valideynlər tərəfindən 32 000-dən artıq zəng daxil olub. Bu zənglərin əksəriyyəti psixoloji və emosional çətinliklər, ailədaxili problemlər, şəxslərarası, həmyaşıdlararası münasibətlərdə gərginlik, həmçinin məişət zorakılığı, əlilliklə bağlı məsələlər, təhsil və hüquqi məsələlərə ehtiyac və s. aiddir. Çətinliklə üzləşmiş hər bir uşağa sosial xidmət, psixoloji və hüquqi yardım, emosional dəstək göstərilir, onların qarşılaşdığı problemlərin həllinə dair məsləhətlər verilir, müraciətlərinin digər müvafiq xidmətlərə yönləndirilməsi təmin edilir. Qaynar Xətt xidmətinə zəng edən uşaq və gənclərə xüsusi təlimlər keçmiş peşəkar mütəxəssislər yardım edir.

2018-ci ilin mart ayından etibarən qismən fəaliyyət göstərən Göygöl regional uşaq qaynar xətt xidmətimiz iyunun 13-dən başlayaraq rəsmi şəkildə işinə başladı. Göygöl ofisimiz Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzi ilə birgə Azercell şirkətinin dəstəyi ilə yaradılıb. Mərkəz yalnız Göygöl rayonu üçün deyil, eyni zamanda yaxın ətraf rayonların (Goranboy, Gəncə, Şəmkir, Qazax, Aqstafa) əhatə edilməsini də nəzərdə tutur.

Göygöl regional uşaq qaynar xətt xidmətinin əməkdaşlarına təşkilatın mütəxəssisləri tərəfindən qaynar xəttin iş prinsipləri, telefon vasitəsilə yardım və onun xüsusiyyətləri mövzusunda təlimlər keçirilib.

Xidmət 24 saat ərzində aktiv fəaliyyətini davam etdirir.

Qaynar xəttin Göygöl regional xidmətinin əlaqə telefonu:

051 580 22 80

Əlavə məlumat üçün:

 
Kəmalə Aşumova

Ümidli Gələcək GİB

İcraçı direktoru

Telefon: 055-616-69-64

E-poçt: [email protected]

İnternet: www.childhelpline.az

Facebook səhifəsi: https://www.facebook.com/AzerbaijanChildHelpline/

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz:

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.(trend)

Aİ-nin Ermənistandakı müşahidə missiyasının ƏSAS MƏQSƏDİ - VİDEO

Xəbər xətti

Cənubi Qafqazda nə baş verir? – Türkiyəli politoloqun RƏYİNDƏ
16:00 17.05.2024
Magistraturaya qəbulun yekun nəticələri AÇIQLANDI
15:50 17.05.2024
Şuşaya gedən tunel yolundan ilk görüntülər - VİDEO
Şuşaya gedən tunel yolundan ilk görüntülər - VİDEO
15:46 17.05.2024
Azərbaycanda fəaliyyət göstərən xanım hakimlərin sayı AÇIQLANDI
15:40 17.05.2024
Azərbaycan Yaşıl Enerji körpüsünə çevriləcək - The Guardian
Azərbaycan Yaşıl Enerji körpüsünə çevriləcək - The Guardian
15:36 17.05.2024
Belarus nazir: "Qarabağda 420 ailə üçün kiçik qəsəbə yaradacağıq" - VİDEO
Belarus nazir: "Qarabağda 420 ailə üçün kiçik qəsəbə yaradacağıq" - VİDEO
15:34 17.05.2024
HEYDƏR ƏLİYEVİN QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ SİYASƏTİ: MÖVCUD REALLIQLAR
15:33 17.05.2024
Aİ-nin Ermənistandakı müşahidə missiyasının ƏSAS MƏQSƏDİ - VİDEO
15:10 17.05.2024
Baş Qərargah rəisi təlimləri izlədi - FOTOLAR
15:00 17.05.2024
Bəstəkar İlham Azmanlının 60 illiyi qeyd olundu
14:33 17.05.2024
Azərbaycan iqtisadiyyatı üçün ŞAD XƏBƏR – Ekspert ŞƏRH ETDİ
14:30 17.05.2024
Bu məcburi köçkünlərə “çörək pulu”nun verilməsi DAYANDIRILDI
14:26 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
14:22 17.05.2024
Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko Cıdır düzündə olublar
Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko Cıdır düzündə olublar
14:20 17.05.2024
İspaniya və İngiltərə hələ də Cəbəllütariq məsələsində razılığa gələ bilmir
İspaniya və İngiltərə hələ də Cəbəllütariq məsələsində razılığa gələ bilmir
14:10 17.05.2024
İlham Əliyev qazaxıstanlı həmkarına ZƏNG ETDİ
İlham Əliyev qazaxıstanlı həmkarına ZƏNG ETDİ
14:07 17.05.2024
DYP bu avtomobillərlə bağlı tədbirlər görür – VİDEO
14:05 17.05.2024
"Onlar sülh məsələsinin həll olunmamasına çalışır" - Politoloqdan ŞƏRH
14:00 17.05.2024
İlham Əliyev və Aleksandr Lukaşenko “Heydər Əliyev və Qarabağ” sərgisində
13:58 17.05.2024
Prezidentlərə Şuşanın Baş planı barədə məlumat VERİLDİ
13:55 17.05.2024
"Azərbaycana iqtisadi sanksiya tətbiq etməliyik" - Fransalı ekspert
"Azərbaycana iqtisadi sanksiya tətbiq etməliyik" - Fransalı ekspert
13:55 17.05.2024
Prezidentlər Şuşada erməni vandalizminə məruz qalan heykəllərə baxdılar
13:49 17.05.2024
HƏMAS-ı dəstəkləyən əcnəbi tələbənin vizası ləğv edilib
HƏMAS-ı dəstəkləyən əcnəbi tələbənin vizası ləğv edilib
13:45 17.05.2024
Lukaşenko Şuşaya traktor texnikası hədiyyə etdi
13:39 17.05.2024
Cənubi Qafqaz üçün iki mühüm məqam - Rusiyalı politoloq AÇIQLAYIR - ÖZƏL
13:30 17.05.2024
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə GETDİLƏR
13:25 17.05.2024
Şənbə günü də yağış yağacaq
13:20 17.05.2024
Universitetlərin Bakıdan köçürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA - "Mərhələli şəkildə..."
13:10 17.05.2024
İki ali məktəbin bazasında tədqiqat universiteti YARADILACAQ – RƏSMİ
12:55 17.05.2024
Rəsmi Bakıdan XƏBƏRDARLIQ: “Fransa üzr istəməlidir”
12:45 17.05.2024
Azərbaycanda bu barədə attımlar atılmasa böhran gözlənilir... – Nidal Salimdən ÖZƏL AÇIQLAMA
12:30 17.05.2024
ABŞ və Britaniya səfirliklərində LGBT bayrağı qaldırıldı - FOTO
ABŞ və Britaniya səfirliklərində LGBT bayrağı qaldırıldı - FOTO
12:20 17.05.2024
Sabah IV sinif şagirdləri üçün monitorinq KEÇİRİLƏCƏK
12:09 17.05.2024
İqor Korotçenko: "Fransa Ermənistanı bu strateji məqsədlə silahlandırır" - VİDEO
12:03 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə razılığa gəldilər
11:50 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar - FOTOLAR
11:46 17.05.2024
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
11:45 17.05.2024
Qarabağ Universitetinə əcnəbi tələbə qəbul ediləcək? – RƏSMİ AÇIQLAMA
11:40 17.05.2024
SON DƏQİQƏ! Bu ölkədə atışma
SON DƏQİQƏ! Bu ölkədə atışma
11:37 17.05.2024
İlham Əliyev Aleksandr Lukaşenkonu Füzulidə qarşıladı -FOTOLAR
11:33 17.05.2024
Hamısı