05.06.2018-ci il tarixdə saat 08:25-də Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində “Azərbaycan İES” MMC-nin ərazisində yanğın olması barədə məlumat daxil olmuşdur.
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri saat 08:28-də hadisə yerinə çatmışdır.
Yanğın zamanı cərəyan transformatorlarından birinin açarı, sarğıları və ətrafa dağılmış 400 m² sahədə transformator yağı yanmışdır. Digər transformatorlar yanğından mühafizə olunmuşdur.
Yanğın saat 08:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
***
Mingəçevirdə yerləşən Azərbaycan İES-də bu gün səhər saatlarında lokal miqyaslı yanğın hadisəsi baş verib.
Lent.az-ın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri yanğını qısa zamanda söndürüblər.
Hazırda İES normal rejimdə fəaliyyətini davam etdirir.