"Yeni Müsavat"ın canlı yayımında Gəncə icra başçısının vurulmasında dini motiv iddiası müzakirə olunub.
Verilişin qonağı DEVAMM rəhbəri, ilahiyyatçı alim Hacı İlqar İbrahimoğlu olub.
Gəncənin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsdin arxasında dini motivlərin olması, bununla bağlı din adamlarının gözdən salınma cəhdləri və bu kampaniya müzakirə edilib.
Bundan başqa, son günlər işıq, su, metro qəzası imtahanına çəkilən əhalinin belə durumlarda nə etməli olduğu, mənəvi baxımdan özünü bu hallara necə hazırlaması, çətin şəraitdə yardımlaşmanın yolları da müzakirə olunub.
Sözügedən verilişin tam hissəsini buradan izləyə bilərsiniz: