Gürcüstanda silahlı atışma - 4 azərbaycanlı yaralanıb | Eurasia Diary - ednews.net

11 Dekabr, Çərşənbə


Gürcüstanda silahlı atışma - 4 azərbaycanlı yaralanıb

Cəmiyyət A- A A+

Gürcüstanın Telavi rayonunun Vardisubani və azərbaycanlıların sıx yaşadığı Qaracala kənd sakinləri arasında qarşıdurma baş verib.

Eurasia Diary “Report”a istinadla xəbər verir ki, Vardisubani kəndindən olan 6 nəfər taxta və dəmir dəyənəklərlə bazar ərazisində Qaracala kənd sakinlərinə hücum edib.

İnsident zamanı odlu silahdan da atəş açılıb. Nəticədə üç nəfər yaralanıb, 14 yaşlı yeniyetmə isə döyülüb. Onlar Telavi xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan xəsarət alanların həyatlarının təhlükədə olmadığı bildirilib.

Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin (GAMK) sədri Əli Babayev bildirib ki, Vardisubani və Qaracala kəndlərinin sakinləri arasında münaqişə bir həftə öncə də baş verib: “Bu gün isə Vardisubani sakinləri Qaracala kənd sakinlərindən mal-qaranın bazar ərazisində onlara məxsus sahədən çıxarılmasını tələb etsələr də, qarşı tərəf buna əməl etməyib”.

Babayev insidentlə bağlı Kaxeti bölgəsinin qubernatoru İrakli Kadaqişvili ilə telefon əlaqəsi yaratdığını deyib: “Qubernator baş vermiş hadisəni diqqətdə saxladığını bildirdi. O, insidentin ətraflı araşdırılacağını və günahkarların qanun çəçivəsində cəzalandırılacağını söylədi”.

Babayev qeyd edib ki, xəsarət alan Qaracala kənd sakinlərinin vəziyyəti stabildir.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı cinayət işi açıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...