ABŞ Ukraynaya 250 milyon dollar yardım ayırıb | Eurasia Diary - ednews.net

20 Sentyabr, Cümə


ABŞ Ukraynaya 250 milyon dollar yardım ayırıb

Cəmiyyət A- A A+

ABŞ-ın 2019-cu ilin dövlət büdcəsi layihəsində Ukraynaya 250 mln. dollar məbləğində yardım ayrılması nəzərdə tutulub.  

Eurasia Diary "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ukraynadakı səfirliyi məlumat yayıb. 

Eyni zamanda ABŞ Konqresi tərəfindən qəbul edilən və Prezident Donald Trampın imzaladığı 2019-cu il üzrə Müdafiə Nazirliyi üçün təxsisatlar haqqında qanunda 2018-ci illə müqayisədə Pentaqonun maliyyə yardımı da 50 mln. dollar artırılıb

Qeyd edək ki, büdcə layihəsində müdafiə, təhsil, sosial və tibbi xərclər nəzərdə tutulur. 2019-cu maliyyə ili üçün təxsisatların ümumi həcmi 850 mlrd. dollardan artıqdır. Bunun 675 mlrd. dollarını müdafiə xərcləri təşkil edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...