Şimal Qütb dairəsinin şimalında yerləşən ölkələrdə gecə yarısı da günəşin göründüyü dövr başlayıb.
“Eurasia Diary” portalı "CNN"ə istinadən xəbər verir ki, burada yaşayanlar 24 saat günəşi görə bilirlər. İsveçin şimalında yerləşən Keinovuopio şəhərində mayın 20-dən 21 iyula qədər gecə yarısında da günəş görünməyə başlayacaq. Gecə yarısı günəşi Alyaska, Kanada, Qrenlandiya, İslandiya, Norveç, İsveç və Finlandiyanın Şimal Qütbü üzərində qalan regionları ilə Rusiyanın Kola Yarımadası, Yeni torpaq (Novaya Zemlya) və Murmansk bölgələrində izlənəcək.