“Mən təhsil almaq istəyirəm, ərə getmək yox!” - VİDEO | Eurasia Diary - ednews.net

23 Oktyabr, Çərşənbə


“Mən təhsil almaq istəyirəm, ərə getmək yox!” - VİDEO

Cəmiyyət A- A A+

Azəri Gənclər Alyansı İctimai Birliyi Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə "Mən təhsil almaq istəyirəm, ərə getmək yox!"  adlı maarifləndirmə layihəsinə başlayıb. Layihənin məqsədi ölkəmizdə erkən nikahların daha çox müşahidə olunduğu sərhədyani bölgələrdə - Lerik, Lənkəran, Astara və Cəlilabad rayonlarında xüsusilə də, həmin regionların orta məktəblərində 11-15 yaşlı yeniyetmə qızlar və onların valideynləri üçün təlimlər təşkil etməkdir. Təlimlərdə hədəf eyni zamanda, yeniyetmə qızları və onların zorla ərə verməyə çalışan valideynləri erkən nikaha sövq etməkdən çəkindirmək və beləliklə də, ölkəmizdə erkən nikah probleminin maariflənmə yolu ilə qismən də olsa azalmasına nail olmaqdır.

Qeyd edək ki, son illər Azərbaycan Respublikasının qanunvericiliyində erkən nikahların qarşısının alınması məqsədi ilə bir çox müsbət dəyişikliklər edilib. Azərbaycan BMT-nin Uşaq Konvensiyasını ratifikasiya etdikdən sonra, uşaq həddinin 18 yaş olduğunu qəbul etdiyi üçün, habelə Azərbaycan Konstitusiyasının 25-ci maddəsinə əsasən evlilik yaşı hər iki cins üçün 18 yaşdan tez olmamaq şərtiilə ilə dəyişiklik edilib. Bəzi hallarda istisna olaraq, bu yaş yerli icra hakimiyyətinin razılığına əsasən 17 yaş ola bilər. Apardığımız araşdırmaların nəticəsi onu göstərir ki, müvafiq qanunvericiliyin dəyişikliyi və dövlət qurumları tərəfindən aparılan digər səylərə baxmayaraq, son 10 ildə erkən nikahlardan dünyaya gələn uşaqların sayı 30 min nəfəri keçib.

Layihə çərçivəsində erkən nikah probleminə qarşı cəmiyyətin daha geniş müstəvidə maarifləndirməsi məqsədilə sosial çarx hazırlanıb. Sosial çarxı aşağıdakı keçidlə izləyə bilərsiniz.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...