10 mart 2019-cu ildə Gəncə şəhərində ilk dəfə olaraq Regional Psixologiya Forumu baş tutdu. Bu möhtəşəm forum “Uğur Birlik” Təlim və İnişaf Mərkəzi tərəfindən həyata keçirildi. Tədbirin aparıcısı Sevda İbrahimova ilk sözü mərkəzin rəhbəri Elnarə Qaraxanova verdi. O qeyd etdi ki, Regional Psixologiya Forumunun məqsədi regionda psixologiya elminin inkişafına öz tövhəsini vermək, psixoloq, pedaqoq və psixologiya elmi ilə yaxından maraqlananları elmin yenilikləri ilə tanış etmək, cəmiyyətdə psixoloji səbəblərdən baş verən neqativ halların, həmçinin aktual olan psixoloji problemlərin həlli yollarını müzakirə etmək və cəmiyyətimizi bu yöndə maarifləndirməkdir. Sonra söz Bakıdan dəvət olunmuş təcrübəli spikerlərə verildi.
İlk olaraq “AREX” Psixoloji Mərkəzin rəhbəri Rəvan Soltan “Mən” konsepsiyası və emosiyaların həyatımızdakı rolu” mövzusunda iştirakçılara məlumat verdi. Daha sonra söz, Klinik Psixiatrik Xəstəxanasının həkim-psixiatrı Elşən Mustafayevə verildi. O “ Depressiyalar “ haqqında maraqlı çıxış etdi. Növbəti çıxış “ Karneqi Klub”un rəhbəri, beynəlxalq təlimçi Nəcəf Allahverdiyevə verildi. O, “Tənqidin Psixoloji Aspektləri” mövsuzunda ətraflı məlumat verdi. Daha sonra Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfirliyinin əməkdaşı, psixoloq, EMDR terapevt Süleyman Məmmədzadə “EMDR vasitəsilə travmaya baxış” mövzusunda çıxış etdi. Sonda çıxış edən spiker “Orkhanway” şirkətinin təsisçisi, beynəlxalq təlimçi Orxan Şahbaz “Beyin idarəsi və insan davranışları” haqqında məlumat verdi. Onuda qeyd etmək istərdim ki, bütün spikerin çıxışından sonra iştirakçıların sualları da cavablandırıldı. Yekunda tədbiri “Uğur Birlik” Təlim və İnkişaf Mərkəzinin rəhbəri Elnarə Qaraxanova bildirdi ki, belə bir tədbirin gerçəkləşməsi, gələcəkdə davamlı olaraq belə forumların keçirilmə ənənəsinin təməlini qoydu.