İsveçrədə yerləşən "Overvil-Lili" qəsəbəsi Suriyalı qaçqınları qəbul etməkdən imtina edib.Həmin qəsəbə “milyonerlər kəndi” adlandırılır. Qəsəbənin 2200 sakinindən 300-ü milyonerdi. Bütün kənd sakinləri 300 min dollar toplayaraq, cərimə şəklində ödəmək yolunu seçiblər. Sakinlər bu qərarı daxili referendumda qəbul ediblər. Belə ki, qaçqınlara cüzi üstünlüklə “yox” deyilib.
“Biz bütün ömrümüz boyu işləmişik ki, bizim bu cür gözəl kəndimiz olsun. Və biz istəmirik ki, kəndin görünüşü pozulsun. Qaçqın qəbul etmək üçün bizim elementar şəraitimiz yoxdur”, – deyə kənd sakinlərindən biri deyib.
Xatırladaq ki, daha öncə İsveçrə hakimiyyəti bildirmişdi ki, ölkəyə təxminən 3 min suriyalı ailə qəbul ediləcək.