"Fuji Optical" şirkətinin Azərbaycana görmə qabiliyyətinin yaxşılaşdırılmasına yardım missiyalarının 15 illiyinə həsr olunan tədbir keçirildi

BMT QAK Beynəlxalq Humanitar Yardım üzrə Yaponiyanın "Fuji Optical" şirkətinin Azərbaycana görmə qabiliyyətinin yaxşılaşdırılmasına yardım missiyalarının 15 illiyinə həsr olunan tədbir keçirib

Cəmiyyət 14:50 06.05.2019
Yaponiyanın "Fuji Optical" şirkətinin Azərbaycana görmə qabiliyyətinin yaxşılaşdırılmasına yardım missiyalarının 15 illiyinin qeyd olunması məqsədilə bu gün Bakıda tədbir keçirilib. Tədbirdə yüksək vəzifəli dövlət məmurları, millət vəkilləri, həmçinin BMT-nin və digər beynəlxalq təşkilatların, vətəndaş cəmiyyəti və mətbuat nümayəndələri iştirak edib.
 
Baş nazirin müavini Əli Həsənov, BMT-nin Rezident Əlaqələndiricisi Qulam İshaqzai, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori və "Fuji Optical" şirkətinin rəhbəri Doktor Akio Kanai BMT QAK-ın təşkil etdiyi tədbirdə çıxış ediblər.
 
"Bu gün Yaponiya-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir. Azərbaycan Prezidenti də bu əlaqələrin inkişafına xüsusi diqqət göstərir".

Eurasia Diary-nin məlumatına görə, bunu Baş nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov deyib. Onun sözlərinə görə, Azərbaycan qısa müddətdə inkişaf edib, bu gün dünya ölkələrinin diqqəti ölkəmizə yönəlib. Ə.Həsənov qeyd edib ki, “Fuji Optical” şirkəti Azərbaycan hökumətinin razılığı ilə 2005-ci ildən məcburi köçkünlərin və aztəminatlı insanların görmə qabiliyyətinin yaxşılaşdırılması üçün təmənnasız müayinələr aparır:

"1990-cı illərin əvvəllərində ulu öndər Heydər Əliyevin dəstəyi ilə humanitar təşkilatlar ölkəmizə gəlməsəydi, Azərbaycanda humanitar böhran olardı. Yaponiya tərəfindən Azərbaycanda çox sayda humanitar layihələr həyata keçirilib. Yaponiya hökuməti vasitəsilə Azərbaycana güzəştli kreditlər verilib". 

Baş nazirin müavini yapon xalqının yüksək mədəniyyətə sahib olduğunu da söyləyib. 
 
Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tereyuki Katori humanitar missiyanın 15 illiyinin qeyd edilməsinin qürurverici olduğunu deyib.
 
"Biz özəl şirkətləri məcburi köçkün və qaçqınların sosial rifahının yaxşılaşdırılması istiqamətində bir çox layihələr həyata keçirməyə dəvət edirik", deyə Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori bildirib.
 
"Bu gün yapon xalqı üçün qürurlu bir gündür. "Fuji Optical" uğurlu bir şirkətdir. Çünki bu şirkət işlədiyi ölkələrə çox böyük dəyər gətirir. Biz məcburi köçkünlərin yaşayışının yaxşılaşdırılması üçün böyük layihələr həyata keçirmişik. Sığınacaqların tikilməsi qəsəbələrin salınması və s. işlər görmüşük. Ötən il Yaponiyanın Xarici İşlər nazirinin Azərbaycana səfəri hər iki dövlətin əlaqələrinin yeni mərhələsinə qədəm qoydu".
 
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai "Fuji Optical" şirkətinin Azərbaycanda həyata keçirdiyi humanitar missiyalara 2,8 milyon dollardan çox vəsait xərcləndiyini deyib. Əlavə edib ki, 1992-ci ildən etibarən BMT QAK Azərbaycana humanitar yardımlar edir. Humanitar yardımlar davamlı inkişaf məqsədlərinə nail olmaq üçün böyük əhəmiyyət kəsb edir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox soydaşımızın öz yurd-yuvalarından didərgin salındığını deyib. O, Azərbaycanın çətin günlərində ona yardım edən hər bir ölkə və təşkilata, o cümlədən Yaponiyanın "Fuji Optical" şirkətinə minnətdarlığını bildirib.

"Fuji Optical" şirkətinin rəhbəri Akio Kanai yenidən Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib. O, səhhəti imkan verdikcə bu aksiyanı davam etdirəcəyini deyib. A.Kanai missiyanın ərsəyə gəlməsində köməyi olan hər kəsə, o cümlədən qonaqpərvərliyə görə Azərbaycan hökumətinə və xalqına minnətdarlığını bildirib.

BMT QAK milli hökumət qurumları ilə əmədaşlıq şəraitində dünyada olan qaçqınların və məcburi köçkünlərin himayəsi və rifahı üçün beynəlxalq müdaxilələrin idarə olunması və əlaqələndirilməsi vəzifəsini daşıyır. Təşkilat məlumatlılığın artırılmasına və didərginlik problemləri həllini tapana qədər Azərbaycandakı didərgin insanlara dəstək göstərilməsi üçün bütün təşəbbüslərə şərait yaratmağı qarşısına məqsəd qoyub.

 

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Hamısı