Jurnalistika fakültəsində Əhməd bəy Ağaoğlu ilə bağlı dəyirmi masa keçirilib

Cəmiyyət 21:02 08.05.2019

BDU-nun Jurnalistika fakültəsində Azərbaycan ictimai fikrinin böyük nümayəndələrindən biri, görkəmli publisist və tənqidçi, tanınmış şərqşünas alim Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib. Dəyirmi masanın məhz Şuşanın işğalı gününə təsadüf etməsinə diqqət çəkən tədbirin moderatoru Mətbuat tarixi kafedrasının professoru Nəsiman Yaqublu görüşün keçirilməsində məqsədin ilk növbədə dahi sənətkarın XX əsrdə gördüyü böyük işləri ictimaiyyətə çatdırmaq olduğunu vurğulayıb. Türkçülük ideologiyasının banilərindən biri, müsəlman Şərqində avropalaşma siyasətinin ən ardıcıl tərəfdarı olan görkəmli Azərbaycan mütəfəkkiri və ictimai-siyasi xadimi Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyətindən danışıb.

Ə.Ağaoğlunun siyasi-ideoloji fikir meydanındakı cəsarətli mövqeyindən söz açan Lalə Hacıyeva Azərbaycanın siyasi, ictimai tarixində, ədəbi sahədə böyük xidmətləri olan ədibin  “Kaspi” qəzetinin baş redaktoru kimi fəaliyyətindən, həmçinin Ə.Hüseynzadə ilə “Həyat” qəzetinə də redaktoruluq etməsindən, “Difai” təşkilatını qurması, “İrşad” qəzetini yaratması kimi məsələlərlə aydınlıq gətirib.

Fakültə Metodiki Şurasının sədri, professor Cahangir Məmmədli bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu il aprelin 10-da “Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalaması böyük ədibə ehtiramın ifadəsidir. Görkəmli ictimai xadim və yazıçı, publisist Əhməd bəy Ağaoğlu Azərbaycanın dövlət müstəqilliyi, milli istiqlalı uğrunda mübarizənin ön cərgəsində duran ziyalılarımızdan olub.

Azərbaycan Mətbuat Şurası sədrinin müavini Umud Rəhimoğu Əhməd bəyin əsərlərində milli qurtuluşa gedən yolun cəmiyyətin mədəni və təhsili inkişafından keçdiyini bildirib: “Əhməd bəy Ağaoğlu milli oyanış hərəkatının daim ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, eyni zamanda, müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanınmışdır. Azərbaycanın ədəbi-mədəni və sosial-fəlsəfi fikir xəzinəsinin yeni ideya və konsepsiyalarla daha da zənginləşməsində diqqətəlayiq xidmətlər göstərmişdir”.

Dəyirmi masada iştirak edən Televiziya və radio jurnalistikası kafedrasını müdiri, professor Allahverdi Məmmədli, siyasi elmlər doktoru Sabir Məmmədli, dekan müavini Könül Niftəliyeva, dosentlər Aygün Əzimova, Məhəmmədismayıl Mehdiyev, Sima Rəhimova, Qərənfil Quliyeva Əhməd bəy Ağaoğlunun həyatı və fəaliyyətindən, apardığı milli mücadilənin müxtəlif istiqamətlərindən, onun bir alim, hüquqşünas, millət fədaisi olmasından, türk birliyi və müstəqilliyini müdafiə etməsi kimi məsələlərdən söz açıb, bu cür elmi yığıncaqların təşkil edilməsinin sevindirici hal olmasını qeyd ediblər.

"Ermənistan sülh yolu ilə getməsə, Azərbaycan başqa üsullar tapacaq" - Aleksey Naumov - VİDEO

Xəbər xətti

Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
05:33 08.05.2024
Zaqatalada 10-dan artıq şəxs dönərdən zəhərlənib
04:21 08.05.2024
Azərbaycan parataekvondoçuları Avropa çempionatında iştirak edəcək
03:19 08.05.2024
Şotlandiyanın yeni hökumət başçısı məlum olub
02:18 08.05.2024
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
01:00 08.05.2024
202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb - SƏBƏB
00:16 08.05.2024
Paşinyan: “KTMT-nin Ermənistanda qalması üçün müharibə lazımdır”
23:44 07.05.2024
Aygün Bəylərin ailəsi tiktoker Ləmanla bağlı polisə şikayət edib
23:23 07.05.2024
DİQQƏT! Səhiyyə Nazirliyi və Elektron Təhlükəsizlik Xidməti əhaliyə müraciət edib
23:09 07.05.2024
Kilian Mbappenin "Real"da geyinəcəyi forma nömrəsi bəlli olub
23:00 07.05.2024
Polşada ölkənin avroya keçməyə hazırlığı qiymətləndirilib
22:33 07.05.2024
Naxçıvanda ASAN Vəkil Bürosu açılıb
22:12 07.05.2024
Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib
21:54 07.05.2024
Quterreş: Qəzzada atəşkəs əldə olunmasa, faciə baş verəcək
21:30 07.05.2024
Azərbaycanın iqlim dəyişikliyi üzrə Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib
21:14 07.05.2024
“ÖLÜM AXTARAN QADIN” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb
20:51 07.05.2024
Brüsseldə Azərbaycan-Ermənistan normallaşma prosesində regional dinamika müzakirə edilib
20:49 07.05.2024
İtaliyanın "Yuventus" klubu heyətini gücləndirib
20:34 07.05.2024
Avstriya XİN başçısı: NATO-ya üzv olmayacağıq
20:05 07.05.2024
Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib
19:50 07.05.2024
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkətin bərpa olunacağı vaxt açıqlanıb
19:30 07.05.2024
Həcc vizası olmayan şəxslər cərimə ediləcək
19:19 07.05.2024
Azərbaycan Slovakiya ilə standartlaşdırma üzrə birgə layihə reallaşdıracaq
19:00 07.05.2024
Slovakiyalı nazir: Bakı və Bratislava müdafiə sahəsində mümkün əməkdaşlığın istiqamətlərini müəyyənləşdiriblər
18:44 07.05.2024
Pakistanın Milli Müdafiə Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib
18:33 07.05.2024
Əli Əsədov Ankarada Heydər Əliyevin abidəsini ziyarət edib
18:24 07.05.2024
Denisa Sakova: “Slovakiya tədarükləri şaxələndirmək üçün Azərbaycan təbii qazına ümid edir”
18:07 07.05.2024
Slovakiya Baş nazirinin Azərbaycana səfəri BAŞA ÇATDI
17:50 07.05.2024
Ukraynadan gətirilən 20 ton ət yararsız çıxdı
17:36 07.05.2024
Bu xəstəxananın vəzifəli şəxsi həbs olundu - DETALLAR
17:27 07.05.2024
Zaxarova: "Londonun təhdidləri reallaşarsa, Rusiya Britaniyanın hərbi obyektlərini vura bilər"
Zaxarova: "Londonun təhdidləri reallaşarsa, Rusiya Britaniyanın hərbi obyektlərini vura bilər"
17:11 07.05.2024
Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər – RƏSMİ
17:00 07.05.2024
Trampın məxfi sənədləri üzrə məhkəmə prosesi bu vaxt başlayacaq...
Trampın məxfi sənədləri üzrə məhkəmə prosesi bu vaxt başlayacaq...
16:46 07.05.2024
Slovakiyanın baş naziri Şəhidlər xiyabanını ziyarət edib
16:35 07.05.2024
Azərbaycan vasitəçiliyi: Türkiyə ilə İsrail münasibətində yeni dövr? - MÜSAHİBƏ - VİDEO
16:35 07.05.2024
Bakı funikulyorunda gediş haqqı artırılıb? - RƏSMİ CAVAB + FOTO
16:25 07.05.2024
Bolqarıstan Prezidenti Azərbaycana GƏLDİ
16:15 07.05.2024
Sumqayıtda təhsil müəssisəsində 250 minlik MƏNİMSƏMƏ - Cinayət işi açıldı
15:57 07.05.2024
Novruz Məmmədov vəzifəsindən azad edildi
15:53 07.05.2024
"Ermənistan sülh yolu ilə getməsə, Azərbaycan başqa üsullar tapacaq" - Aleksey Naumov - VİDEO
15:45 07.05.2024
Hamısı