Azərbaycan İlahiyyat İnstitutu “DOST süfrəsi” aksiyasına qoşuldu | Eurasia Diary - ednews.net

21 May, Çərşənbə axşamı


Azərbaycan İlahiyyat İnstitutu “DOST süfrəsi” aksiyasına qoşuldu

Cəmiyyət A- A A+
Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi-bərəkət ayıdır. Bu ay insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırır. Ramazan ayının əsas ənənələrindən biri də iftar süfrəsini bölüşməkdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan “DOST süfrəsi” aksiyasına Azərbaycan İlahiyyat İnstitutu olaraq biz də qoşulduq. İftar süfrəsi ətrafında bir qrup əlilliyi olan şəxs və şəhid ailələrinin üzvləri ilə görüşdük. Səmimi, mehriban ünsiyyət mühitində yaddaqalan görüşdə Uca Tanrıdan xalqımıza firavanlıq, ölkəmizə sülh və əmin-amanlıq arzuladıq.
Estafeti Mənəvi Dəyərlərin Təbliği Fonduna ötürürük.
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...