4 imtahan nəzarətçisinin işinə xitam verildi - SƏBƏB | Eurasia Diary - ednews.net

18 Sentyabr, Çərşənbə


4 imtahan nəzarətçisinin işinə xitam verildi - SƏBƏB

Cəmiyyət A- A A+

Ötən qəbul imtahanında nəzərdə tutulan qaydalardan kənara çıxdığına görə 4 nəzarətçi cari nəzarətçilər bazasından çıxarılıb.

AzEdu.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin “Təşkilati metodiki təminat və təlimlər” sektorunun müdiri Adıgözəl Həbibov abituriyentlər üçün təşkil edilən canlı yayım zamanı deyib.

O bildirib ki, 12 mayda I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanları zamanı nəzərdə tutulan qaydaları pozduğuna görə 4 nəzarətçi bazadan çıxarılıb.

Xatırladaq ki, I və IV qruplar üzrə keçirilən qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...