Tədqiqatçı-jurnalist Əli Şamilin 70 illik yubileyinə həsr olunmuş toplantı keçirilib

Cəmiyyət 14:05 27.05.2019

Mayın 24-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin təşəbbüsü ilə milli-mənəvi irsimizin, ortaq türk dəyərlərinin öyrənilməsində və təbliğində müstəsna xidmətləri olmuş tədqiqatçı-jurnalist, azərbaycanşünaslıq, türkologiya sahəsində nüfuzlu araşdırmaçı Əli Şamilin 70 illik yubileyinə həsr olunmuş toplantı keçirilib. Tədbirdə yubilyarın zəngin elmi-publisistik fəaliyyətini əhatə edən “Biblioqrafik göstərici”, milli dissident hərəkatı barədə ərsəyə gətirdiyi, azərbaycan və rus dillərində işıq üzü görmüş “Dissident axtarışında” kitabları təqdim olunub.

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, ölkənin media ictimaiyyəti öz yetirməsi olan Əli Şamilə maarifçi-demokratik hərəkat və istiqlal mübarizəsi publisistlərinin yolunu davam etdirən  ziyalılarımızdan biri kimi dərin rəğbət və ehtiram bəsləyir. Çoxillik tədqiqatlarında milli məfkurə daşıyıcılarımızı, türk dünyasının mənəvi dəyərlərini incələyərək Azərbaycan oxucuları üçün önəmli bilgilərin əldə edilməsi və yayılması sahəsində qibtəediləcək işlər görmüş Əli Şamil çağdaş nəsillər üçün gərəkli qaynaqlar toplusu yaradıb.

MŞ sədri daha sonra qeyd edib ki, ulu türklük sevdası ilə “əlində dəmir əsa, ayağında dəmir çarıq”, az qala, bütün türk dünyasını ölkə-ölkə, diyar-diyar gəzib dolaşmış Əli Şamilin bu gün ölkənin elmi-mədəni ictimaiyyətinə təqdim etdiyi növbəti iki qiymətli kitab onun türçülük dünyagörüşünə, türkologiya elminə verdiyi qiymətli töhfənin çəkisini və miqyasını dəyərləndirmək baxımdan qiymətli nəşrlərdir. Elmi axtarışlara tədqiqatçı jurnalist kimi başlamış, ensiklopedik yaradıcılıqla məşğul olmuş və hazırda AMEA-nın Folklor İnstitutunun beynəlxalq əlaqələr bölümünə rəhbərlik edən türkoloq həmkarımızın mənalı və zəngin ömür yolu, istər-istəməz, klasssik maarifçi və demokrat ziyalılarımızın xalqa xidmət nümunələrini yada salır.

Sonra Əflatun Amaşov Azətbaycan Mətbuat Şurasının fəxri yubiley Diplomunu təntənəli surətdə Əli Şamilə təqdim edib. Tədqiqatçı-jurnalistə Ahıl Jurnalistlər Məclisinin xatirə hədiyyəsi də verilib.

Ahıl Jurnalistlər Məclisinin sədri Məzahir Süleymanzadə Əli Şamilin ömür yolu və elmi-publisistik fəaliyyəti barədə məlumat verərək bidirib ki, Əli Hüseyn oğlu Şamilov - Əli Şamil qədim Göyçənin İnəkdağ kəndində anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 20 il müddətində Naxçıvanda çıxan “Şərq qapısı” (Sovet Naxçıvanı), “Ağrıdağ”, “Varlıq” və “Günay” qəzetlərində çalışan, “Azadlıq” qəzetinin bölgə müxbiri işləyən, o dövrdə milli azadlıq hərəkatı və torpaqlarımızın bütövlüyü uğrunda ümumxalq hərəkatının öncüllərindən olan araşdırmaçı jurnalist 1993-cü ildə Bakıya köçüb.

Sonrakı illərdə Əli Şamil də Azərbaycan Milli Ensiklopediyasında “Uşaq ensklopediyası” və “Türk dünyasının məşhurları” qruplarına rəhbərlik edib.  O, müstəqilliyimizin ilk illərində ölkəmizdə təhsil alan bir çox Kırım və  Ahıska türkünə, qaqauza, uyğura və digər türkdilli tələbəyə maddi və mənəvi dayaq olub.

Əli Şamil 1998-ci ildən Azərbacan Milli Elmər Akademiyasının Folklor İnstitutunda çalışır, 2007-ci ildən xarici ölkələrlə əlaqələr bölməsinə rəhbərlik edir. İnstitutun keçirdiyi bir sıra beynəlxalq elmi məclisin təşəbbüsçü və təşkilatçılarındandır. 20-yə yaxın ölkədə keçirilən 80-dan çox beynəlxalq konfransda məruzə ilə çıxış edib. Onun indiyədək 17 müəllif kitabı, 11 tərtib kitabı, 200- dən çox elmi məqaləsi Azərbaycanda, keçmiş SSRİ-nin türk xalqları və topluluqları yaşayan respublikalarda, İranda, Quzey Kıbrısda, İsveçdə, Almaniyada, Albaniyada, Bosniyada, Polşada çap olunub. Tədqiqatçı-jurnalist 20-dən artıq elmi-nəzəri və tədqiqat kitabının redaktoru olub.

AMEA-nın Folklor İnstitutunun söbə müdiri Nailə Əskər tərtibçisi olduğu “Əli Şamil. Biblioqrafik göstərici” nəşrini, Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri İsmayıl Umudlu isə redaktoru olduğu Əli Şamilin “Dissident axtarışında” kitabını iştirakçılara təqdim ediblər.

Xalq şairi Sabir Rüstəmxanlı, BDU-nun professorları Nəsir Əhmədli, Ramiz Əskər, Anar İsgəndərov və Allahverdi Məmmədli, fəlsəfə doktoru Nəsiman Yaqublu, yazıçı Səfər Alışarlı, tədqiqatçı jurnalistlər - Sədaqət Kərimova və Tahir Aydınoğlu yubiliyarın çoxcəhətli və zəngin yaradıcılığının yeni nəsillərin azərbaycançılıq və yurdsevərlik ruhunda tərbiyəsində önəmini vurğulayıblar, ona möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzu ediblər. Alim və yazarlar Əli Şamilin azərbaycanşünaslıq, türkologiya sahəsində axtarışları dərinləşdirmiş və genişləndirmiş əsərlərinin elmi dərəcə almaq üçün Ali Attestasiya Komissiyasına təqdim edilməsini irəli sürüblər.

NİİM əhaliyə müraciət etdi – VİDEO

Xəbər xətti

Əgər Rusiya bu ərazini işğal etsə...
Əgər Rusiya bu ərazini işğal etsə...
10:30 26.04.2024
NİİM əhaliyə müraciət etdi – VİDEO
10:23 26.04.2024
ABŞ-la Çin arasında Ay uğrunda RƏQABƏT - ANALİTİKA
10:20 26.04.2024
Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır
10:19 26.04.2024
Xocavənddə partlayıcı vasitələr aşkarlandı
10:14 26.04.2024
ABŞ-dan Ukraynaya böyük dəstək
ABŞ-dan Ukraynaya böyük dəstək
10:06 26.04.2024
Çin ABŞ-a xəbərdarlıq edib
Çin ABŞ-a xəbərdarlıq edib
09:44 26.04.2024
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - Yenilik
09:31 26.04.2024
Azərbaycan nefti ucuzlaşdı
09:20 26.04.2024
Bakıda 29 dərəcə isti olacaq - Günün HAVA PROQNOZU
09:16 26.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü
09:00 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
08:00 26.04.2024
"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Hamısı