Cəmiyyətin aparıcı qüvvəsi

Cəmiyyət 19:35 14.06.2019
Dövlət gənclər siyasəti onların fəallığını artırmış, hərtərəfli inkişafını stimullaşdırmışdır
 
 
Qloballaşma dövründə milli maraqlara və dəyərlərə əsaslanan, beynəlxalq təcrübəni nəzərə alan Azərbaycan dövlətinin gənclər siyasəti onları ölkədə gedən proseslərdə həm iştirakçı, həm də bəhrələnən sosial qrup kimi qəbul edir.
 
Gənclər hər bir cəmiyyətin aparıcı qüvvəsidir. Onlar eyni zamanda cəmiyyətin ən çox enerjili və yeni tendensiyalara açıq üzvləridir. Gənc nəslin bugünkü potensialı xüsusən transformasiya və modernləşmə proseslərinin həyata keçirildiyi müasir cəmiyyətlər üçün mühüm əhəmiyyət kəsb edir.
 
Gənc nəslə qayğı göstərilməsi, diqqətin artırılması, onlara qoyulan sərmayə, heç şübhəsiz, parlaq gələcəyin təminatıdır. Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, beynəlxalq aləmdə nüfuzunun artması, intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Məhz bu kimi vacib amillər nəzərə alınaraq ölkəmizdə gənclərlə bağlı siyasət elə aparılır ki, respublikamızda yetərincə sağlam, vətənpərvər, yüksək intellektli nəsil formalaşır.
 
Azərbaycanın inkişafı, dünya dövlətləri sırasında öz layiqli yerini tutması hər bir vətəndaşın, o cümlədən, müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın üzərinə yeni-yeni vəzifələr qoyur. Hər bir azərbaycanlının bu vəzifələrin öhdəsindən layiqincə gəlib-gəlməməsi başqa bir mövzudur. Azərbaycanın aparıcı qüvvəsi olan gənclər bu istiqamətdə daha fəaldırlar. Ölkəmizin inkişafına istiqamətlənən, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət siyasətinin həyata keçirilməsində gənclərə xüsusi yerin ayrılması heç də təsadüfi deyildi.
 
Hələ 1993-cü ildə ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra respublikada həyata keçirilən gənclər siyasəti özündə beş mühüm istiqaməti ehtiva edirdi: milli-mənəvi dəyərlərin qorunmasında gənclərin rolunun artırılması, gənc nəslin tarixi köklərə bağlı olan vətənpərvərlik ruhunda tərbiyəsinin təmin edilməsi; gənclərin elmi və intellektual potensialının artırılması üçün ciddi təhsil və mədəni islahatların həyata keçirilməsi; gənclərin təşkilatlanmasının təmin edilməsi, dövlətin müstəqilliyinin müdafiəsi üçün onların aparıcı qüvvə qismində birləşməsinin gücləndirilməsi; dövlət idarəçiliyində gənclərin rolunun əhəmiyyətli dərəcədə artırılması və onlarda məsuliyyət hissinin formalaşdırılması və nəhayət, gənclərin Azərbaycan dövlətinin beynəlxalq aləmə inteqrasiyası ilə təmin olunan imkanlardan maksimum istifadə etmələri üçün möhkəm əsasın yaradılması.
 
Bunun nəticəsidir ki, ötən dövr ərzində gənclərlə iş sahəsində bir sıra mühüm nəticələr əldə edilmişdir. Həyatın bütün sahələrində gənclərin fəallığı, təşəbbüskarlığı, irimiqyaslı layihələrin icrasında və idarəetmədə rolu artmış, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyi möhkəmlənmiş, könüllülük hərəkatı genişlənmişdir. Bütün bunlar, heç şübhəsiz, gənclərin cəmiyyətdə bir şəxsiyyət kimi formalaşması istiqamətində faydalı və olduqca əhəmiyyətli amillərdir.
 
"Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi, 2005-2009 və 2011-2015-ci illəri əhatə edən "Azərbaycan gəncliyi” dövlət proqramları, eləcə də "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının uğurla həyata keçirilməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, bilikli, peşəkar, istedadlı gənclərin dəstəklənməsi üçün Prezident mükafatının təsis edilməsi gənclərin hərtərəfli inkişafını stimullaşdırmışdır.
 
Ümumilikdə dövlət gənclər siyasəti gənclərin hərtərəfli inkişafının təmin olunması, onların ictimai-siyasi fəallığının artırılması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şəraitlərin yaradılmasını şərtləndirir. Respublikamızda dövlət gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə, könüllülük hərəkatını inkişaf etdirmək kimi vacib məsələlər dövlətin əsas məqsədlərindəndir.
 
Bu gün Azərbaycan gəncləri ölkəmizin suverenliyi və ərazi bütövlüyünün keşiyində ayıq-sayıq dayanır, peşəkar kadr olmaq üçün müxtəlif biliklərə yiyələnir, Azərbaycan Respublikasının bayrağını yüksəklərə qaldıraraq dünya səviyyəli idman yarışlarında fərqlənirlər.
 
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan gənci dövlətimizin mənafeyini hər zaman etibarlı şəkildə müdafiə etmək, layiqli vətəndaş kimi formalaşmaq üçün hərtərəfli çalışmalıdır. Hər bir gənc öz həyat yolunu elə seçməli və qurmalıdır ki, müstəqil Azərbaycan Respublikasının inkişafına öz töhfəsini verə bilsin. Təəssüf hissi ilə bildirməliyik ki, antiazərbaycançı şəbəkənin bir qrup üzvü yox, ünsürü bu milli hisslərdən uzaq olduğu üçün ölkəmizi dünyada nəinki ana vətən kimi təqdim etməyi bacarmır, əksinə, düşmən dəyirmanına su tökür. Belələrinin isə Azərbaycan gəncliyinə aidiyyəti yoxdur.
 
Elvin TALIŞİNSKİ,
 
"Milli Mənəvi Dəyərlərimizə Dəstək” İctimai Birliyinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı