"Viruslu hepatitlər haqqında ictimai məlumatlandırma" layihəsi çərçivəsində məhkum qadınlar üçün tədbir keçirilib

Cəmiyyət 10:22 19.06.2019

18 iyun 2019-cu il tarixində “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi qadınlar üçün 4 saylı cəzaçəkmə müəssisəsində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Əhali arasında viruslu hepatitlər mövzusunda ictimai maarifləndirmə tədbirlərinin keçirilməsi” adlı layihə çərçivəsində tədbir təşkil edib. Bu barədə Eurasia Diary xəbər verir.

Tədbiri giriş sözləri ilə açan Penitensiar xidmətin 4 saylı cəzaçəkmə müəssisəsinin rəis müavini ədliyyə polkovnik-leytenantı Sevda Zamanova “İnkişafa Doğru Qadın Təşəbbüsü” İB-nin qadın məhbusları maarifləndirmək məqsədilə həyata keçirdikləri işlərin əhəmiyyətini vurğulayb.

Daha sonra çıxış edən təşkilatın sədri, layihə rəhbəri Ziba Nəbiyeva ilk öncə tədbirin keçirilməsi üçün yaradılan şəraitə və imkanlara görə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəhbərliyinə öz minnətdarlığını bildirib. Layihənin mövzusu ilə bağlı çıxışını davam etdirərək Ziba Nəbiyeva qeyd edib ki, insanların uzun müddət sıx ünsiyyətdə olduğu məkanda bu və ya digər yoluxucu xəstəliklərə yoluxma ehtimalı çoxalır:

“Bu baxımdan sağlam davranış qaydalarının formalaşmasına və  təbliğinə daha çox ehtiyac duyulur. Bəzi təhlükəli xəstəliklər var ki, onlar haqqında kifayət qədər məlumatlı olmaq vacibdır. Məsələn, viruslu hepatitlər əsasən də Hepatit B və D, həmçinin Hepatit C təhlükəli yoluxucu xəstəliklər sayılır. Respublikamızda rəsmi olaraq 2011-ci ildən “B” və “C” hepatitləri təhlükəli yoluxucu xəstəliklər siyahısına daxil edilib.

Rəsmi statistikaya əsasən bu viruslara yoluxmuş insanlar dünya əhalisinin 10%-nə yaxın hissəsini təşkil edir. Bu xəstəliyin dünya birliyi qarşısında qoyduğu tibbi-sosial problemlərin ciddiliyini nəzərə alaraq artıq 2016-cı ildə Ümumdünya Səhiyyə Assambleyasının 69-cu sessiyasında “Viruslu hepatitlər üzrə qlobal strategiya” adlı fəaliyyət planı qəbul edilib.  Məqsəd bu xəstəliklə mübarizədə qüvvələri səfərbər edərək yeni yoluxmaların sayını və ölüm hallarını əhəmiyyətli dərəcədə azaltmaqdır. Bu hədəflərə nail olmaq üçün qlobal strategiya proqramında vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyəti də çox yüksək qiymətləndirilir. Bu baxımdan təşkilatımız dövlətimizin yoluxucu xəstəliklərlə mübarizədə sosial yönümlü siyasətinə dəstək olaraq  viruslu hepatitlərlə mübarizədə vətəndaş cəmiyyəti təşəbbüslərinin gücləndirilməsi məqsədilə adı çəkilən layihəni icra edir.”

Layihə çərçivəsində “Viruslu hepatitlər haqqında” elektron təqdimat hazırlanıb. Layihə rəhbəri Ziba Nəbiyeva təqdimat vasitəsilə məhbus qadınlara hepatit nədir, viruslu hepatitlərin növləri və onların kəşf olunma tarixçələri, xəstəliyin əlamətləri, kliniki gedişatı, yoluxma yolları, xəstəlikdən qorunma qaydaları, profilaktik qabaqlayıcı tədbirlər barədə geniş məlumatlar və tövsiyələr verib. Məlumatların yadda qalımlı olması üçün maarifləndirici materiallar müxtəlif şəkillər və animasiya çarxları vasitəsilə də təqdim olunub.

İnteraktiv şəkildə aparılan tədbirdə həkim, terapevt-hepatoloq Nuranə İsabalayeva və həkim funksionalist, vərəm üzrə layihə koordinatoru Samirə Muxtarova məhbus qadınların çoxsaylı suallarını cavablandırıblar.  Onlar, həmçinin mövzuyla bağlı çıxış edərək, viruslu hepatitlərlə yanaşı gedən xəstəliklər və koinfeksiyalar haqqında məlumat veriblər.  

Məhbuslar arasında maarifləndirmənin davamlığını təmin etmək və əhatə dairəsini genişləndirmək məqsədilə layihə çərçivəsində xüsusi dizaynla hazırlanmış, viruslu hepatitlərin yoluxma yolları əks olunan  0.7m x 1m ölçüdə divar lövhəsi və 300 ədəd çap materialları (flayerlər) Penitensiar Xidmətin nümayəndəsinə təqdim olunub.    

Tədbirdə, Penitensiar xidmətin 4 saylı cəzaçəkmə müəssisəsinin tibbi sanitar hissənin rəisi, tibb xidməti mayoru Nərgiz Abdullayeva, Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin inspektoru, tibb xidməti mayoru Fərman Fərmanov , TSH-nın həkimi, tibb xidməti kapitanı Aliyə Fərmanova , PX CM-nin dəstə rəisi, ədliyyə kapitanı Lamiyə Əliyeva və 150 nəfər məhbus qadın iştirak edib.

“İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi tərəfindən oxşar tədbirlər kişilər üçün 6 saylı ümumi rejimli cəzaçəkmə və yeniyetmələr üçün tərbiyə müəssisəsində iyul ayında təşkil ediləcək.

İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Səudiyyə Ərəbistanı kralı Salman müalicə olunur: Testlər aparılacaq
Səudiyyə Ərəbistanı kralı Salman müalicə olunur: Testlər aparılacaq
18:00 19.05.2024
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğradı
17:40 19.05.2024
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:20 19.05.2024
İlon Mask 30 il ərzində Marsda həyat vəd edir
İlon Mask 30 il ərzində Marsda həyat vəd edir
17:00 19.05.2024
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə start veriblər
16:40 19.05.2024
Ağsu dolaylarında asfalt çöküb, hər iki istiqamətdə yol bağlanıb
16:20 19.05.2024
İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
16:00 19.05.2024
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:40 19.05.2024
Türkiyə MN: Suriyanın şimalında 5 terrorçu zərərsizləşdirilib
15:20 19.05.2024
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
15:00 19.05.2024
"Yuventus"un müvəqqəti baş məşqçisi bəlli olub
"Yuventus"un müvəqqəti baş məşqçisi bəlli olub
14:40 19.05.2024
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
14:20 19.05.2024
Dövlət başçısı: İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir
14:00 19.05.2024
Prezident: “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir
13:50 19.05.2024
Ukrayna Rusiyanın daha bir gəmisini məhv edib
Ukrayna Rusiyanın daha bir gəmisini məhv edib
13:40 19.05.2024
İlham Əliyev: İran-Azərbaycan əlaqələri bölgəmizdə sabitliyin önəmli şərtidir
13:20 19.05.2024
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
13:00 19.05.2024
Azərbaycanın bəzi bölgələrində qar yağıb - FAKTİKİ HAVA
Azərbaycanın bəzi bölgələrində qar yağıb - FAKTİKİ HAVA
12:40 19.05.2024
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
12:20 19.05.2024
Kralın sərvəti Kraliça Elizabeti keçdi
Kralın sərvəti Kraliça Elizabeti keçdi
12:00 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
11:20 19.05.2024
Qırğızıstanın Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edib
11:00 19.05.2024
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
10:40 19.05.2024
Almaniya Müdafiə Nazirliyi Ukraynaya yardım üçün 3,8 milyard avro istəyib
10:20 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
10:00 19.05.2024
Lavrov Avropanı bir nəsil üçün “SİLDİ”: “Tərəfdaş kimi aktual olmayacaq”
09:40 19.05.2024
Putin Tokayevə Çin səfəri ilə bağlı təəssüratlarını bölüşüb
09:20 19.05.2024
İranın Omanda Vaşinqtonla dolayı danışıqlar apardığı təsdiqlənib
09:00 19.05.2024
Rusiya XİN İsveçrədə Ukrayna üzrə sammitin keçirilməsinə münasibət bildirib
00:14 19.05.2024
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
23:58 18.05.2024
Güləş yığmamız Avropa çempionu oldu
23:31 18.05.2024
Cüdoçularımızın dünya çempionatındakı rəqibləri müəyyənləşdi
22:48 18.05.2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
22:24 18.05.2024
“Bu il alacağımız F-16-lar müharibədə həlledici rol oynamayacaq” - Zelenski
21:55 18.05.2024
Moldovada demoqrafik vəziyyət pisləşib
21:29 18.05.2024
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
21:11 18.05.2024
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
21:00 18.05.2024
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
20:34 18.05.2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:20 18.05.2024
BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir
20:00 18.05.2024
Hamısı