“Loqos”da Yunus Əmrə İnstitutunun təqdimatı keçirilib - FOTOLAR | Eurasia Diary - ednews.net

22 İyul, Bazar ertəsi


“Loqos”da Yunus Əmrə İnstitutunun təqdimatı keçirilib - FOTOLAR

Cəmiyyət A- A A+

“Loqos”un Azadlıq filialında Yunus Əmrə İnstitunun təqdimatı keçirilib.

Təqdimat mərasimində “Loqos” un rəhbəri Təranə Məmmədova, Yunus Əmrə İnstitunun rəhbəri Cihan Özdemir, Yunus Əmrə İnstitunun Mədəniyyət şöbəsinin koordinatoru Nuranə Tağıyeva, Yunus Əmrə İnstitunun Təhsil şöbəsinin koordinatoru Ali İhsan Çevik və Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzinin fəal gəncləri iştirak ediblər.

Əvvəlcə tədbiri açıq elan edən Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzinin icraçı direktoru Leyla Kərimova tədbirin proqramı haqqında geniş məlumat verib.

Sonra “Loqos” haqqında tanıdım video çarxı nümayiş edilib.

Daha sonra qonaqları salamlayan “Loqos”un rəhbəri Təranə Məmmədova Yunus Əmrə İnstitutu ilə başlayan əməkdaşlıqdan məmnun olduğunu vurğulayıb və bu əməkdaşlığın uğurlu olacağını qeyd edib.

Çıxış edən Yunus Əmrə İnstitunun rəhbəri Cihan Özdemir “Loqos” la birgə əməkdaşlıq çərçivəsində həm mədəniyyət, həm də təhsil sahəsində maraqlı layihələrin həyata keçiriləcəyini diqqətə çatdırıb. İki  qardaş dövlət arasında əlaqələrin hər zaman uğurlu olduğunu bildirən natiq bu əlaqlərin bu gündə davam etdiyini vurğulayıb.

Çıxışlardan sonra Yunus Əmrə İnstitunun mədəniyyət və təhsil şöbələrinin təqdimat olub. Təqdimatı  Mədəniyyət şöbəsinin koordinatoru Nuranə Tağıyeva və Təhsil şöbəsinin koordinatoru Ali İhsan Çevik ediblər.

Təqdimat zamanı gənclərin sualları cavablandırılıb.

Təqdimatın sonunda Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzinin fəal gəncləri Azərbaycan və Türkiyə mədəniyyətini özündə ehtiva edən “Şairlərin söhbəti” adlı kompazisiya nümayiş etdiriblər. Nümayiş edilən kompazisiya hamıda maraq doğurubdur.

1

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...