Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib | Eurasia Diary - ednews.net

22 İyul, Bazar ertəsi


Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Cəmiyyət A- A A+

Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.

Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoyulub, xatirəsi yad edilib.

Sonra Müdafiə Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş vətəndaşlarımızın xatirəsinə ucaldılmış Əbədi məşəl kompleksinin önünə əklil və şəhid məzarlarının üzərinə gül dəstələri qoyub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...