Goranboyda “İrəli” İctimai Birliyinin “Marş İrəli” layihəsi başa çatıb.
Eurasia Diary xəbər verir ki, “İrəli İctimai Birliyi”nin Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə, Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidməti, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi və Goranboy rayon İcra Hakimiyyətinin birgə əməkdaşlığı çərçivəsində, Bakı şəhəri də daxil olmaqla 25 rayondan 200 gəncin iştirakı ilə 2 iyul 2019-cu il tarixdən start verilən “Marş İrəli” layihəsi, 9 iyul 2019-cu il tarixdə Goranboy rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə təşkil olunmuş bağlanış mərasimi ilə başa çatıb.