Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə Aİİ-də tədbir təşkil olunub

Cəmiyyət 20:33 10.07.2019
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə tədbir keçirilib.
Millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov, İnstitutun müəllim-tələbə heyəti və digər qonaqlar  tədbirdə iştirak ediblər.
 
Tədbiri giriş nitqi ilə açan rektor Ceyhun Məmmədov ölkəmizdə tarixən mövcud olan multikultural və tolerant mühit, o cümlədən, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə məruzə ilə çıxış edib. Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin bu sahədə müstəsna xidmətlərinə bariz nümunə kimi, Azərbaycan Respublikasının Konstitusiyasında müvafiq müddəaları, “Dini etiqad azadlığı haqqında” qanunu və digər qanunvericilik aktlarını göstərmək mümkündür.
 
Dövlət-din münasibətlərinin düzgün qurulmasında, respublikada dini əmin-amanlığın və sabitliyin yaranmasında Ulu Öndərin mühüm rol oynadığını vurğulayan rektor Azərbaycanda dövlətin din siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ilin iyununda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradıldığını nəzərə çatdırıb.
C.Məmmədov bildirib ki, Heydər Əliyevin 1969-cu ildə Azərbaycan rəhbərliyinə seçilməsi tariximizin dönüş nöqtəsi kimi yaddaşlara həkk olunub. Qeyd edib ki, Azərbaycanda hər bir sahədə müşahidə olunan inkişaf tendensiyası təhsil sektorunda da nəzərə çarpmaqdadır. Bu inkişafın əsasında isə ulu öndər Heydər Əliyevin ideyaları və həmin ideyaların işığında həyata keçirilən siyasi-strateji kurs dayanır. Bu gün məhz ulu öndər Heydər Əliyevin miras qoyduğu, özündə yüksək norma və dəyərlər sistemini ehtiva edən ənənələr Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının yüksək diqqəti və qayğısı ilə atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində yeni uğurların əldə olunmasına gətirib çıxarır. C.Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə milli-mənəvi və dini dəyərlərin qorunması istiqamətində dövlət siyasəti böyük uzaqgörənliklə həyata keçirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun, eyni zamanda, Azərbaycan İlahiyyat İnstitutunun  yaradılması bu siyasətin parlaq nümunəsidir. 
Millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan dövlətçiliyinin bərpasında, qorunub saxlanılmasında misilsiz xidmətlərindən bəhs edərək, Ümummilli Liderin xalqımızın rifahı naminə həyata keçirdiyi siyasi-iqtisadi islahatlardan söhbət açıb.
 
Azərbaycan Dövlətinin Ulu Öndərdən xalqımıza əmanət olduğunu qeyd edən E.Nəsirov “Bu əmanəti gözbəbəyi kimi qorumaq və Heydər Əliyev ideyaları ətrafında sıx birləşib, bu ənənələri qorumaq hər birimizin müqəddəs borcudur. Ulu Öndər həm 1969-1982-ci, həm də 1993-2003-cü illərdə Azərbaycana rəhbərlik etdiyi dönəmdə hər iki dövr bir-birindən zaman baxımından, həmçinin ictimai-siyasi formasiya baxımından fərqlənsə də, Azərbaycan dövlətçiliyinə xidmət hər iki mərhələdə bir-birinə oxşardır, eyniyyət təşkil edir. Heydər Əliyev Azərbaycanı Sovet İttifaqının inkişaf etmiş respublikalarından birinə çevirdi. Ulu Öndərin ən böyük xidmətlərindən biri də bu idi ki, 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsdiq edilməsinə nail oldu”.
Azərbaycanın müstəqilliyinin bərpasından sonrakı ilk illərdə ölkəmizdə bütün sahələrdə yaşanan tənəzzüldən bəhs edən E.Nəsirov ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra, respublikamızın dinamik inkişaf yoluna qədəm qoyduğunu, beynəlxalq ictimaiyyət arasında dərin hörmət və nüfuz qazandığını vurğulayıb.
 
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Makron Starmerdən Fələstini tanımağını istəyir
12:13 05.07.2025
Rusiya aeroportunda 40-dan çox aviareys gecikdirilib
12:08 05.07.2025
Azərbaycan neftinin qiyməti ucuzlaşıb
11:53 05.07.2025
Azərbaycana qarşı döyüşmüş separatçı Ermənistanda saxlanıldı
11:38 05.07.2025
Kür çayında gənc oğlan boğulub
11:23 05.07.2025
Hamısı