Polis rəisinin oğlu faciəli şəkildə öldü | Eurasia Diary - ednews.net

18 Sentyabr, Çərşənbə


Polis rəisinin oğlu faciəli şəkildə öldü

Cəmiyyət A- A A+

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi, polis polkovniki Əlaslan Ağayevin ailəsində bədbəxt hadisə baş verib.

Eurasia Diary verdiyi xəbərə görə, polis polkovnikinin oğlu, 1991-ci il təvəllüdlü Orxan Ağayev yaşadığı, 5-ci mərtəbədə yerləşən mənzilin pəncərəsindən yerə yıxılaraq ölüb.

Polis və prokurorluq əməkdaşları hazırda hadisə yerindədirlər. O.Ağayevin ölümünün səbəbi araşdırılır.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi üzrə cinayət işi başlanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...