Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik barədə layihə üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Eurasia Diary-nin APA-ya istinadən məlumatına görə, dəyişiklik əmək pensiyalarının minimum məbləğinin artırılması ilə bağlıdır.
Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə parlamentə göndərdiyi layihəyə əsasən, qanunun 6-1-ci maddəsinin (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir: “Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir”.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.