Goranboyda silahlı insident: - 1 ölü, 2 yaralı | Eurasia Diary - ednews.net

17 İyul, Çərşənbə


Goranboyda silahlı insident: - 1 ölü, 2 yaralı

Cəmiyyət A- A A+

Goranboyda baş verən silahlı insident nəticəsində bir nəfər ölüb, iki nəfər isə xəsarət alıb. 

 

Eurasia Diary APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Goran qəsəbəsində olub. 

 

Hadisə nəticəsində Kəlbəcər rayon sakini, 1986-cı il təvəllüdlü Kərimov Vüsal Əlövsət oğlu, Goranboy rayon Boluslu kənd sakini, 1994-cü il təvəllüdlü Həsənov Səfər Nəsir oğlu xəsarət alıblar. Goranboy rayon sakini, 1999-cu il təvəllüdlü Əmrahov Təbriz Xaliq oğlu isə xəstəxanada dünyasını dəyişib. 

 

Hadisənin Vüsal Kərimovla Təbriz Əmrahov arasındakı mübahisə zəminində baş verdiyi bildirilir. Məlumata görə, V.Kərimov polis leytenantı, hadisənin digər iştirakçısı Səfər Həsənov isə Goran qəsəbəsində mühafizə xidməti əməkdaşıdır. 

Faktla bağlı Goranboy rayon Prokurorluğunda cinayət işi açılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...