Qazaxıstanda üstünə futbol qapısı düşən azərbaycanlı yeniyetmə öldü | Eurasia Diary - ednews.net

26 Avqust, Bazar ertəsi


Qazaxıstanda üstünə futbol qapısı düşən azərbaycanlı yeniyetmə öldü

Cəmiyyət A- A A+

Qazaxıstanın Kustanay şəhərində həyətdə futbol oynayarkən üzərinə futbol meydançasının qapısı düşən 16 yaşlı azərbaycanlı yeniyetmə xəstəxanada keçinib.

Virtualaz.org Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, Namiq Şirinov adlı gəncin cənazəsi dəfn olunmaq üçün vətəni Azərbaycana gətirilir. Hadisə ilə bağlı səhlənkarlıq maddəsi ilə cinayət işi qaldırılıb, araşdırma aparılır.

Faciə iyunun 28-də baş verib. Namiq Şirinov həyətdə uşaqlarla futbol oynayarkən futbol qapısı onun üstünə aşıb. Nəticədə yeniyetmə ağır xəsarətlər alıb-qara ciyəri dağılıb, 12-barmaq bağırsağı zədələnib, daxili qanaxma və digər ağır zədələr baş verib. Əvvəlcə onu yerli xəstəxanada təcili əməliyyat ediblər, Lakin həkimlərin səylərinə, bir neçə dəfə əməliyyat etmələrinə baxmayaraq onun vəziyyətində irəliləyiş olmayıb. Həkimlər yaralını iyulun 15-də Nur-Sultandakı xəstəxanalaran birnə köçürməyə hazırlaşırdılar. Amma iyulun 13-də Namiqin vəziyyəti kəskin pisləşib və ertəsi gün o vəfat edib.

Hadisənin baş verdiyi futbol meydançasının 3 il əvvəl qurulduğu bildirilir. Namiqin valideyinləri polisə şikayət ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...