DİM-dən “Abituriyent” jurnalının satış qiyməti ilə bağlı iradlara - CAVAB | Eurasia Diary - ednews.net

19 Avqust, Bazar ertəsi


DİM-dən “Abituriyent” jurnalının satış qiyməti ilə bağlı iradlara - CAVAB

Cəmiyyət A- A A+

Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçalar nəşr edib.

“Abituriyent” jurnalının xüsusi buraxılışı olan kitabçada I və IV ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması, ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar təqdim olunub.

Sosial şəbəkələrdə bəzi istifadəçilər “Abituriyent”jurnalının satış qiymətinin yüksək olmasına dair bəzi iradlar bildiriblər.

Mövzuyla bağlı Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, “Abituriyent" jurnalı büdcədən maliyyələşən bir qurum deyil.

Məlumatda qeyd olunur ki, jurnal təsərrüfat hesablı bir təşkilatdır. Ona görə də "Abituriyent" jurnalının və xüsusi buraxılışlarının hər bir nəşri hazırlanan zaman kalkulyasiya edilir, onun satış qiyməti bu parametrlərə əsasən formalaşır:

Mətbəə xərci;

Satış agentlərinə (topdan satış yolu ilə nəşrləri alan kitab mağazaları və şəxslərə) edilməsi nəzərdə tutulan güzəştlər;

Müəlliflərə veriləcək qonarar;

Redaksiya əməkdaşlarının əmək haqqı və s. xərclər.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...