İlisu Dövlət Təbiət Qoruğunun sərhədləri yaxınlığında baş verən yanğın söndürülüb | Eurasia Diary - ednews.net

21 Avqust, Çərşənbə


İlisu Dövlət Təbiət Qoruğunun sərhədləri yaxınlığında baş verən yanğın söndürülüb

Cəmiyyət A- A A+

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının, yerli sakinlərin və yanğınsöndürənlərin fədakarlığı sayəsində İlisu Dövlət Təbiət Qoruğunun sərhədləri yaxınlığında baş verən yanğının qoruq ərazisinə keçməsinin qarşısı alınıb.

Eurasia Diary xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.

“Əgər belə fədakarlıq göstərilməsəydi, Qax rayonunun Xırsa və Ağyazı kəndləri ərazisində kövşən və biçənəklərin yandırılması səbəbindən İlisu Dövlət Təbiət Qoruğunun sərhədləri yaxınlığında baş verən yanğın qoruğun meşə sahəsinə keçə bilər və təbiətə böyük ziyan dəyərdi. Buna görə də yaxınlıqdakı kəndlərin sakinlərinə, yerli qurumların, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına çəkdikləri əziyyətə, göstərdikləri şücaətə görə nazirlik adından minnətdarlığımı bildirirəm”, - deyə departamentin direktoru qeyd edib.

Xatırladaq ki, iyulun 19-da İlisu qoruğunun sərhədləri yaxınlığında baş vermiş yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının 150 -dək əməkdaşının, yerli sakinlərin, həmçinin qurumların Fövqəladə Hallar Nazirliyinin yerli yanğınsöndürənlərinin səyləri nəticəsində axşam saatlarında tam söndürülüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...