"Sədərək"dəki yanğın söndürüldü | Eurasia Diary - ednews.net

20 Avqust, Çərşənbə axşamı


"Sədərək"dəki yanğın söndürüldü

Cəmiyyət A- A A+
"Sədərək” ticarət mərkəzində anbarda baş vermiş yanğın tam söndürülüb.

Eurasia Diary xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib:

“Hadisə yerinə 2-ci dərəcəli çağırışla Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə briqadaları cəlb edilib. Yanğın tamamilə söndürülüb. Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev də hadisə yerində olub və ən son məlumatları verib. Bildiyiniz kimi, çox böyük bir yanğın olub. Yanğının səbəbləri barədə araşdırma aparıldıqdan məlumat veriləcək”.

Qeyd edək ki, əvvəlcə parfümeriya anbarında baş vermiş, daha sonra isə şirniyyat anbarına yayılmış yanğında 7 FHN əməkdaşı zəhərlənib. Hadisə yerinə 25-dən çox yanğınsöndürən maşın, 120-dən çox yanğınsöndürən cəlb olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...