Goranboy rayonunun Cinli Zeynallı kəndində ümumi sahəsi 196 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.
Eurasia Diary xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Qeyd edək ki, hadisə şahidlərindən birinin saytımıza verdiyi məlumata görə, avqustun 9-u axşam saatlarında Zeynallı kəndinin Arzu adlı sakininə məxsus evdə yanğın baş verib. Yanğın ilkin ehtimala görə qısaqapanmadan baş verib. Hadisə yerniə 3 yanğınsöndürən maşın gəlib və evin tamamilə yanmasının qarşısı alınıb. Buna baxmayaraq, evdəki əşyaların 80 faizinin yandığı bildirilir. Hadisə nəticəsində xəsarət alan olmayıb.