Yol polisindən nasaz avtomobillərə qarşı sərt tədbir 600 sürücüyə cərimə yazıldı

Polkovnik-leytenant Fuad Mayılov: “Bəzi sürücülər bunun təhlükəli tərəfini dərk etmir”

Cəmiyyət 16:45 10.08.2019

Bu gün Baş Dövlət Yol Polisi İdarəsinin “Ekoloji nəzarət” bölüyünün əməkdaşları “Təmiz hava” aylığı çərçivəsində daha bir reyd keçiriblər.

Eurasia Diary xəbər verir ki, “Ekologiya postu”nda baş tutan reyd zamanı texniki cəhətdən nasaz olan, eləcə də normadan artıq zəhərli qaz ixrac edən nəqliyyat vasitələri aşkar edilib. Hətta “QAZ-24” və “QAZ-31” iki avtomobil saxlanıldıqda onların əyləc və sükan idarəetmə mexanizmininin nasaz olduğu üzə çıxıb. Sürücülər etiraz etməyə çalışsalar da, hər iki nəqliyyat vasitəsi müayinə edilib. Onların ikisinin də ixrac edtiyi zəhərli qazların miqdarı normadan 2-3 dəfə artıq olub.

Avtomobillərə baxış zamanı məlum olub ki, işıq cihazları da normal işləmir. Avtomobillərdə təhlükəsizlik elemenləri demək olar ki, yox vəziyyətindədir.

Baş DYPİ-nin Ekoloji nəzarət” bölüyünün komandiri, polis polkovnik-leytenantı Fuad Mayılov Avtosfer.az-a bildirib ki, son günlər sürücülərə dəfələrlə müraciətlər edilməsinə, xəbərdarlıq olunmasına və cərimələnməsinə baxmayaraq hələ də bu cür nasaz maşınları idarə edənlərə rast gəlinir: “Bəzən elə olur ki, bir ay ərzində eyni avtomobili 2 dəfə saxlayıb sürücü barəsində tədbir görürük. Lakin sürücü hər dəfə nasazlığı aradan qaldıracağına söz versə də, əməl etmir. Biz onlara izah edirik ki, zəhərli qazların miqdarı çox olduqda bu elə ilk növbədə sürücünün özünə, ailə üzvlərinə ziyan vurur. Təəssüflər olsun ki, bəzi sürücülər bunun təhlükəli tərəfini dərk etmir. Bir daha onların diqqətinə çatdırmaq istəyirəm ki, zəhərli qazların miqdarı çox olduqda orqnizmdə ciddi fəsadlar yarana bilər. Sürücü sükan arxasında həmin qazları özü qəbul edir, eyni zamanda, ətrafdakı insanlara da ziyan vurur. Biz bunun qarşısını almağa çalışırıq. Ətraf mühiti qorumaq hər birimizin borcudur”.
Fuad Mayılov onu da bildirib ki, zəhərli qazların miqdarının ölçülməsi üçün saxlanılan avtomobillərin əksəriyyətinin istismar müddəti 20 ilə yaxındır. Onların bəzilərində daha ciddi nöqsanlar da aşkarlanır: “Belə avtomobillərin sükanında problemlər olur, əyləc sistemi normala uyğun olmur. Baxırsan ki, avtomobildə təhlükəsizliyə aid heç nə qalmayıb. Amma sürücülər belə maşınlarla yola çıxıb özlərini də, başqa hərəkət iştırakçılarını da təhlükəyə atırlar. Biz belə maşınları aşkar etdikdə qanunvericiliyin tələblərini üstün tutaraq texniki nasazlıq aradan qaldırılana qədər həmin avtomobilləri istismara buraxmırıq”.

Qeyd edək ki, “Təmiz hava” aylığı avqust ayı boyunca davam edəcək. Bu günə qədər “Ekologiya postu”nda 600-dən çox sürücüyə cərimə yazılıb, yüzlərlə sürücüyə isə xəbərdarlıq olunub.


"Ermənistan sülh yolu ilə getməsə, Azərbaycan başqa üsullar tapacaq" - Aleksey Naumov - VİDEO

Xəbər xətti

BMT Somaliyə humanitar yardım üçün 228 milyon dollar cəlb etmək niyyətindədir
07:25 08.05.2024
Ukrayna rəsmisi: Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatıq
06:40 08.05.2024
Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
05:33 08.05.2024
Zaqatalada 10-dan artıq şəxs dönərdən zəhərlənib
04:21 08.05.2024
Azərbaycan parataekvondoçuları Avropa çempionatında iştirak edəcək
03:19 08.05.2024
Şotlandiyanın yeni hökumət başçısı məlum olub
02:18 08.05.2024
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
01:00 08.05.2024
202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb - SƏBƏB
00:16 08.05.2024
Paşinyan: “KTMT-nin Ermənistanda qalması üçün müharibə lazımdır”
23:44 07.05.2024
Aygün Bəylərin ailəsi tiktoker Ləmanla bağlı polisə şikayət edib
23:23 07.05.2024
DİQQƏT! Səhiyyə Nazirliyi və Elektron Təhlükəsizlik Xidməti əhaliyə müraciət edib
23:09 07.05.2024
Kilian Mbappenin "Real"da geyinəcəyi forma nömrəsi bəlli olub
23:00 07.05.2024
Polşada ölkənin avroya keçməyə hazırlığı qiymətləndirilib
22:33 07.05.2024
Naxçıvanda ASAN Vəkil Bürosu açılıb
22:12 07.05.2024
Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib
21:54 07.05.2024
Quterreş: Qəzzada atəşkəs əldə olunmasa, faciə baş verəcək
21:30 07.05.2024
Azərbaycanın iqlim dəyişikliyi üzrə Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib
21:14 07.05.2024
“ÖLÜM AXTARAN QADIN” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb
20:51 07.05.2024
Brüsseldə Azərbaycan-Ermənistan normallaşma prosesində regional dinamika müzakirə edilib
20:49 07.05.2024
İtaliyanın "Yuventus" klubu heyətini gücləndirib
20:34 07.05.2024
Avstriya XİN başçısı: NATO-ya üzv olmayacağıq
20:05 07.05.2024
Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib
19:50 07.05.2024
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkətin bərpa olunacağı vaxt açıqlanıb
19:30 07.05.2024
Həcc vizası olmayan şəxslər cərimə ediləcək
19:19 07.05.2024
Azərbaycan Slovakiya ilə standartlaşdırma üzrə birgə layihə reallaşdıracaq
19:00 07.05.2024
Slovakiyalı nazir: Bakı və Bratislava müdafiə sahəsində mümkün əməkdaşlığın istiqamətlərini müəyyənləşdiriblər
18:44 07.05.2024
Pakistanın Milli Müdafiə Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib
18:33 07.05.2024
Əli Əsədov Ankarada Heydər Əliyevin abidəsini ziyarət edib
18:24 07.05.2024
Denisa Sakova: “Slovakiya tədarükləri şaxələndirmək üçün Azərbaycan təbii qazına ümid edir”
18:07 07.05.2024
Slovakiya Baş nazirinin Azərbaycana səfəri BAŞA ÇATDI
17:50 07.05.2024
Ukraynadan gətirilən 20 ton ət yararsız çıxdı
17:36 07.05.2024
Bu xəstəxananın vəzifəli şəxsi həbs olundu - DETALLAR
17:27 07.05.2024
Zaxarova: "Londonun təhdidləri reallaşarsa, Rusiya Britaniyanın hərbi obyektlərini vura bilər"
Zaxarova: "Londonun təhdidləri reallaşarsa, Rusiya Britaniyanın hərbi obyektlərini vura bilər"
17:11 07.05.2024
Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər – RƏSMİ
17:00 07.05.2024
Trampın məxfi sənədləri üzrə məhkəmə prosesi bu vaxt başlayacaq...
Trampın məxfi sənədləri üzrə məhkəmə prosesi bu vaxt başlayacaq...
16:46 07.05.2024
Slovakiyanın baş naziri Şəhidlər xiyabanını ziyarət edib
16:35 07.05.2024
Azərbaycan vasitəçiliyi: Türkiyə ilə İsrail münasibətində yeni dövr? - MÜSAHİBƏ - VİDEO
16:35 07.05.2024
Bakı funikulyorunda gediş haqqı artırılıb? - RƏSMİ CAVAB + FOTO
16:25 07.05.2024
Bolqarıstan Prezidenti Azərbaycana GƏLDİ
16:15 07.05.2024
Sumqayıtda təhsil müəssisəsində 250 minlik MƏNİMSƏMƏ - Cinayət işi açıldı
15:57 07.05.2024
Hamısı