Qəfildən komaya düşən 35 yaşlı jurnalist - Nazilə Həsənzadə vəfat etdi - FOTOLAR | Eurasia Diary - ednews.net

22 Avqust, Cümə axşamı


Qəfildən komaya düşən 35 yaşlı jurnalist - Nazilə Həsənzadə vəfat etdi - FOTOLAR

Cəmiyyət A- A A+

Rusiyada yaşayan azərbaycanlı jurnalist Nazilə Həsənzadə vəfat edib.

Eurasia Diary baku.ws-ə istinadan xəbər verir ki, xərçəng xəstəliyindən əziyyət çəkən 35 yaşlı jurnalist dünən həyatla vidalaşıb. 

"Aeroport Perm" jurnalının əməkdaşı olan jurnalist ötən ayın sonlarında Bakıya gəlib. Bir neçə gündən sonra qəfildən kəskin baş ağrıları tutub və təcili şəkildə geriyə - yaşadığı Perm şəhərinə geri dönüb.

Səhəri gün komaya düşüb və 15 gündən sonra komadan ayılmadan bu dünya ilə vidalaşıb.

Qeyd edək ki, N.Həsənzadə süd vəzisi xərçəngindən əziyyət çəkirdi. Uzun müddət müalicə almışdı və xərçəngdən sağaldığını düşünürdü.

Özündən sonra azyaşlı oğlu qaldı. 

 

 

 

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...