FHN-dən əhaliyə müraciət “Qadağan olunmuş yerlərdə çimməyin!”

Cəmiyyət 16:56 13.08.2019
Yay aylarında insanların istirahətini təmin etmək üçün çimərliklər ideal istirahət zonası hesab edilir. İsti havalarda sərinlənmək həvəsi insanları daha çox çimərliklərə üz tutmağa vadar edir. Bu zaman çimərlik ərazilərində təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə də ciddi ehtiyac yaranır.
 
Eurasia Diary xəbər verir ki, son günlər çimərlik ərazilərində ardıcıl olaraq baş verən boğulma halları əhalini, o cümlədən Fövqəladə Hallar Nazirliyinin xilasedicilərini də ciddi narahat edir. Təcrübə göstərir ki, sularda baş verən boğulma hadisələrinin səbəbi vətəndaşların çimərlikdə davranış qaydalarını bilməməsi, eləcə də çimərlikdə fəaliyyət göstərən xilasedicilərin tələblərinə məhəl qoymaması ilə bağlıdır. Bəzən insanlar istirahət və əyləncəyə o qədər aludə olur ki, gözlərinin önündəki təhlükəyə fikir vermirlər. 
 
Fövqəladə Hallar Nazirliyinin Kiçik Gəmilərə Nəzarət və Dövlət Sularda Xilasetmə Xidmətinin baş məsləhətçisi Müvəssil Allahverdiyev bildirib ki, sutkanın 24 saatını növbətçilik sistemi ilə fəaliyyət göstərən xidmət çimərliklərdə ciddi nəzarət tədbirləri həyata keçirməklə insanların rahatlığını və təhlükəsizliyini təmin edir. Lakin çimərliyə gələn insanların heç də hamısı yaxşı üzə bilmir və yaxud üzməyi bacarmır. Bu da öz növbəsində arzuolunmaz hadisələrə səbəb olur. Vətəndaşlar bilməlidir ki, dəniz sahili ərazilərdən qeyri-qanuni şəkildə çimərlik kimi istifadə edilməsi qadağandır. Yalnız müşahidə qülləsi, xilasetmə məntəqəsi, peşəkar xilasediciləri və avadanlıqları olan çimərliklərdən istifadə olunmalıdır: 
 
“Çimərlik ərazisində uşaqları nəzarətsiz qoymayın! Çimmək üçün ayrılmamış yerlərdə çimmək qadağandır! 13 yaşına çatmamış uşaqlara yalnız valideynlərin və yaxud yaşlı adamların müşayiəti ilə çimərlikdən istifadə hüququ verilir! Çimmə zonasının işarələnmiş sərhədlərindən kənarda çimmək qadağandır! Sahil sahəsini və suyun dibini müxtəlif cisimlərlə (şüşə və konserv bankaları, plastik kütlə və ərzaq tullantıları və s.) zibilləmək qadağandır! Çimərliklərin ərazisinə su nəqliyyat vasitələrinin: qayıqların, kiçik gəmilərin və s. (xilasedici üzgü vasitələri istisna olmaqla) daxil olması qadağandır! Spirtli içkilər gətirib içmək, sərxoş halda çimərlikdə gəzmək və çimmək qadağandır!”
 
M.Allahverdiyev qeyd edib ki, çimərliyə ev heyvanlarının gətirilməsi, ətraf ərazilərin zibillənməsi, suda kobud hərəkətlərə yol vermək, çimərlik zonasında balıq ovlamaq da qadağalara daxildir: “Fövqəladə Hallar Nazirliyinin nəzarət etdiyi ərazilərdə ilk növbədə işarə qülləsi, maarifləndirici lövhələr və xilasedicilərlə təmin edilib. Bundan başqa, dənizin bir neçə metr içərisində nəzarət işarələri ilə qarşılaşa bilərlər. Vətəndaşlar bu kimi halları gördükdə, bilməlidirlər ki, bu ərazi nəzarətdə olan çimərlikdir və burada təhlükəsiz çimə bilərlər”.
 
O, həmçinin bildirib ki, qadağan olunmuş su hövzələrində həm mövsümi, həm də daimi fəaliyyət göstərən kafe və restoran sahibləri ixtisaslaşmış xilasedicilərlə təmin olunmaq üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumuna müraciət etməlidirlər: “Təəssüf ki, nəzarət olunmayan ərazilərdə fəaliyyət göstərən iaşə obyektləri var ki, onlar da öz nəzarət etdikləri ərazilərdə qanunvericiliyin tələbinə uyğun olaraq xilasedicilərlə həmin əraziləri təmin etməlidirlər. Bununla yanaşı, maarifləndirici tablolardan istifadə etməklə FHN ərazidə təhlükəsizliyi necə təmin edirsə, eləcə də onlar müvafiq qaydada öz ərazilərini təmin etməlidirlər. Ancaq bir çox obyekt sahibləri səhlənkarlığa yol verirlər, ərazini xilasedicilər və ya lövhələrlə təmin etmirlər”. (APA)

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Tramp Putin və Si Cinpini Moskva və Pekini bombalamaqla hədələyib?
17:06 09.07.2025
PKK-nın da tərksilah edilməsi türk dünyasına necə təsir edəcək?
16:51 09.07.2025
Osimhen transferi nə vaxt elan ediləcək? - "Qalatasaray" rəsmisi açıqlama verdi
16:35 09.07.2025
Əraqçı Səudiyyə şahzadəsini region üçün misilsiz təhlükə barədə xəbərdar etdi
16:20 09.07.2025
"Ukraynadakı münaqişənin həlli üçün diplomatik imkanlar tükənib"
16:05 09.07.2025
Şantajla məşğul olan gənclər yaxalandı
15:50 09.07.2025
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdədir
15:35 09.07.2025
Pensiyaların ödənəcəyini tarix açıqlandı
15:20 09.07.2025
ABB tarixində ən yüksək reytinq göstəricisinə nail olub
15:05 09.07.2025
"Moskva Bakı ilə hüquq-mühafizə orqanları xətti ilə əlaqə saxlayır"
14:55 09.07.2025
“Ailə mübahisələrində mediasiya institutunun tətbiqinin əhəmiyyəti və beynəlxalq təcrübə” mövzusunda dəyirmi masa keçirilib
14:50 09.07.2025
ABŞ-ın Texas ştatında daşqınlar zamanı 180-dən çox insan itkin düşüb
14:35 09.07.2025
Yardımlı-Deman-Arvana magistralında yenidənqurma işlərinə başlanılıb
14:20 09.07.2025
İtaliyanın Ukraynaya yardımları rəqəmlərlə açıqlandı
14:05 09.07.2025
Türkiyənin xarici işlər və müdafiə nazirləri Pakistanda rəsmi səfərdədir
14:02 09.07.2025
"Barselona"nın Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanılıb
13:47 09.07.2025
Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Rəsmi Bakı İranın Ermənistandakı səfirinə cavab verdi
13:24 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
Hamısı