"Azərbaycanın Milli valyutası - manatın dövriyyəyə buraxılmasında 27 il ötdü. Bizim valyutamız Dollardan 234 il kiçik, Avrodan isə 20 il böyükdür. Yadımdadır 10 manatlıq əskinazın üzərinə Məmməd Əmin Rəsulzadənin şəkli əks olunmuşdu. Pulun adını "Məmməd", digər bir pulun adını "Şirvan" qoyduq. Ancaq yaşadığımız sovetlərdə Leninin şəkli əks olunmuş 10 rubla "Lenin" deməyimizi xatırlamıram".
Eurasia Diary xəbər verir ki, bunu təhsil eksperti Etibar Əliyev özünün feysbuk hesabında yazıb.
"Milli valyutamız dollar və Avro ilə döyüşə-döyüşə, söyüşə-söyüşə gəlib indiki duruma düşüb. Ucuzluq, tibb, təhsil, komunnal xərclər aşağı olsa pulumuz pis pul deyil. Bizim pulu dəyərdən salan, onu urvatsız edən korrupsiyadır. Tağı Əhmədovun Akif Çovdarova topladığı əməkhaqqından 3 milyon manat pul verməsini eşidən elmi işçinin, müəllimin, həkimin əhvalı necə ola bilər? Belə böyük məbləğlərin adı çəkiləndə adam elə gəlir ki, pulu saymırlar, tərəzidə çəkirlər. Manatımıza uzun ömür və digər valyutalarla rəqabətdə dözümlülük arzulayıram", - deyə E.Əliyev bildirib.