Azərbaycan dövlətçiliyinin qızıl dövrü: Səfəvilər sülaləsi

Cəmiyyət 09:00 23.08.2019

VIII MƏQALƏ

(əvvəlki məqalələrə buradan baxa bilərsiniz)

Göründüyü kimi, orta əsrlərdə şiə olmaq müxalif mövqe əks etdirmək demək idi. Bu mənada bəzi tədqiqatçılar şiəliyi ikiyə ayırırlar: Şi*a-i Velayet və Şi*a-i Siyaset. Onların fikrincə, Şi*a-i Velayet, sadəcə Əhli Beytə (ə) məhəbbət səbəbiylə Yezid və tərəfdarlarına qarşı çıxdıqları üçün Şiə deyə bilinən bəzi təsəvvüf əhlidir. Yezidin və tərəfdarlarının həyata keçirdikləri əməllər isə İslamdan kənar, səltənət maraqlarına xidmət edən bir hadisədir. Buna görə də orta əsr tədqiqatçıları «Səfəviyyə» təriqətinə və «Qızılbaşlığa» qiymət verəndə mütləq Əməvilər və Abbasilər dövründəki prosesləri dərindən izləməlidirlər. Əks halda düzgün qiymət vermək mümkün deyil. Bu cür qiymət baxımından orta əsr şiəliyinə baxış müasir siyasi şiəlikdən ciddi şəkildə fərqlənir.

Bu məsələyə geniş yer ayrmağımızın başlıca məqsədi də «Səfəviyyə» təriqətinin bir müddət sonra «Qızılbaşlıq»la əvəz olunması prosesində ortaya çıxacaq suallara aydınlıq gətirməkdir. Bəllidir ki, Səfəvi dövləti Zərdüştilik, Manilik və Məzdəkilik kimi dini inancların ortaya çıxdığı bir ərazidə tarix səhnəsinə çıxmışdı. Buraya xürrəmiliyi də əlavə etsək, onda situasiya daha da aydınlaşır. Tarixi tədqiqatlar sübut edir ki, zərdüştilik, manilik, məzdəkilik və xürrəmilik arasında bir zəncirvari əlaqə olmuşdur. Bu hərəkatlar həm eyni bir coğrafiyada yayılmış, həm də eyni məqsədlər uğrunda mübarizə aparmışlar. Xürrəmilər VIII əsrlərin axırlarında meydana çıxmış və qırmızı geyinirdilər. Onların adları da ərəbcə qırmızı geyənlər mənasını verir. IX əsrlərin əvvəllərində onlara Babək rəhbərlik edirdi. Orta əsrlər üzrə məşhur tədqiqatçı İ.P.Retruşevski D.S.Marqoliusa istiandən göstərir ki, məzdəkilərlə xürrəmilər arasında genetik qohumluqla bərabər, ideoloji varislik də var idi. Qiymətli mənbələrə istinad edən Petruşevski yazır ki, xürrəmilər hərəkatı yatırıldıqdan sonra yüz illərlə məzdəki-xürrəmi ideologiyası altında çıxışlar baş vermiş və bu çıxışlar hərbi toqquşmaya gətirib çıxarmışdır. Tədqiqatçı daha sonra yazır ki, xürrəmilər-(məzdəkilər) haqqında ən son məlumata Fəzlullah ibn Ruzbixanın verdiyi məlumtalarda rast gəlinir. Səfəvilərə və qızılbaşlara düşmən münasibət bəsləyən bu tarixçi xürrəmilər haqqında məlumat versə də, bu barədə səfəvilərə yaxın mənbələr susub. Ruzbixanın sözlərinə görə, XV əsrin II yarısında qızılbaşlar arasında sosial bərabərlik barədə qədim babəki ideyaları yayılmağa başlayır. Şeyx Heydər öz ardıcıllarına «ibahət» (şəriət tərəfindən qadağan olunanların qanuni sayılması barədə elm) və «Babəkin xürrəmiləri»nin qanunlarını öyrədirdi. Maraqlıdır ki, ilk vaxtlarda Səfəviləri Qaradağ və Talış əhalisi müdafiə edirlər. Bu o ərazilərdir ki, həmin ərazilərdə vaxtilə böyük xalq qəhrəmanı Babəkin rəhbərliyi altında kəndli müharibəsi baş vermişdi. 

Lakin XVI əsrdə xürrəmilər haqqında məlumatlar yoxa çıxır. Tədqiqatçılara görə, xürrəmilərin qalıqları sonradan qızılbaşların ideoloji sistemini qəbul edərək onların ən aktiv hissələrinə çevrilirlər.

Əslində, xürrəmilərin ideologiyası ilə qızılbaşların ideologiyası arasında təkcə yaxınlıq deyil, ümumiyyətlə bu ideologiyaların ən qədim zamanlardan Türk sistemindən gəlməsi özünü göstərirdi. Hər iki ideologiyanın kökündə Türk sistemi dayanırdı. Bəllidir ki, VIII əsrin sonu-IX əsrin əvvəllərindən başlayaraq Azərbaycanda güclü bir xalq-azadlıq hərəkatı başladı ki, bu da xalqımızın ictimai, iqtisadi və siyasi həyatında görkəmli rol oynadı. Bəllidir ki, Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsinin son iyirmi ildən çoxu (816-837) daha qüvvətli olmuş və xilafətə ağır zərbələr dəymişdir. Bu dövrdə də mübarizəyə yüksək hərbi və siyasi bacarığı olan Babək başçılıq etdiyindən, onu qısaca olaraq «Babəkilər hərəkatı» adlandırırlar. Babəkilər hərəkatı Abbasilər xilafətinə həm iqtisadi, həm də siyasi cəhətdən elə bir ağır zərbə vurdu ki, xilafət bir daha özünü düzəldə bilməyib məhvə doğru yönəldi. Abbasilər xilafəti Babəkilərə qarşı apardığı döyüşlərdə yarım milyonluq əsgəri qüvvə itirmişdir ki, bu da qədim dünya və orta əsrlər tarixində yeganə hadisələrdəndir. Tarixdən bizə aydındır ki, ümumiyyətlə, xilafət yarandığı ildən ta süqutuna qədər hər hansı bir müharibədə, hətta böyük imperiyalarla, o cümlədən Sasanilər və Bizansla müharibələrdə bu qədər itki verməmişdi.

Təbii ki, bu cür mübarizənin güclü bir ideoloji sistemi olmalıydı. Xürrəmiliklə bağlı aparılan son tədqiqatlar sübut edir ki, bu tənasüxə, hülula və donbadona əsaslanan bir sufi təlimi idi. Bu təlimi qızılbaşlıqla əlaqələndirən bu faktorlardan əlavə, onun həm də hərbi təlim olmasıdı. Daha doğrusu, onun qızılbaşlar tərəfindən məhrəm qəbul edilməsində bu faktorun rolu az deyildi. Elə hürufiliyə qızılbaşların məhrəm münasibət bəsləməsində digər bu kimi fakttorlar olduğu kimi, hərbi faktor da ciddi rol oynamışdı. Çünki qızılbaşlıq hərbi-siyasi-dini doktrina kimi səhnəyə çıxmışdı. Hər bir qızılbaş həm də nəhəng bir döyüşçü idi. Qızılbaşlar mürşidələrinin uğrunda ölməyi müqəddəs bir vəzifə sayırdılar. Çünki əmin idilər ki, onların mürşidində Allahın, Əhli-beytin təcəllası baş verir. Beləliklə, Şeyx Heydər zamanında «Səfəviyyə» təriqətinin inkişafının nəticəsi olaraq «Qızılbaşlıq» səhnəyə çıxır. «Qızılbaşlıq» kəlməsinə özünün «Çağımızda İtikadı İslam mezhebleri» kitabında toxunan Ethem Ruhi Fiğalı yazır ki, bu gün xalq arasında bu kəlmə haqqında yanlış fikirlər vardır. Onun fkrincə, Türk boyları arasında Qaraqalpaq, Qzılbörk, Qızılbaş, Qarabörk, Yaşılbaş, Ağbaş və buna bənzər bir çox isimlərə rast gəlinir. Müəllif göstərir ki, vaxtilə Altay şamanları da başlarına qırmızı papağ qoyardılar. Bu adət-ənənə Türklər İslamı qəbul etdikdən sonra da aradan qalxmamış və davam etmişdir. Sonradan bu ənənəyə Şaman ənənəsi kimi baxmamış və bu ənənəni İslami mənşə ilə bağlamağa çalışmışlar. Belə olan halda «Səfəviyyə» təriqətinin ardıcılları olanların qızılbaş adlandırılması da aydınlaşır. Qızılbaşlıq üzrə tədqiqat aparan tədqiqatçıların fikrincə, «Qızılbaşlıq» həm də etnik bir kimlikdir. Bu sahə üzrə məşhur mütəxəssis İren Melikova yazır ki, «Səfəvilərin dünyagörüşləri ən qədim türk dünyagörüşlərini əks etdirir. Tanırının insanda təcəlla məsələsi, donbadon inancı Şamanizmdə, Türkman boylarının döyüşçü tayfalarında da mövcud olmuşdur. Qızılbaşlıq həm inanc baxımından, həm də siyasi baxımdan bu faktorları özündə əks etdirmişdir» . İbn Ruzbixan yazır ki, Şeyx Heydər yaşıl paltar geyib, başına qırmızı şapka qoyub hər tərəfə öz qılıncı ilə zərbələr endirməyə başladı . İbn Ruzbixanın verdiyi bu məlumat ciddi tədqiqat obyekti olmamış və sanki nəzərdən qaçmışdır. Şeyx Heydərin bu hərəkətləri qədim Türk inanclarını sübut etmirmi? Bu Göytürkə işarə deyildirmi? Məlumdur ki, Türk tayfaları İslam dinini mənimsərkən, böyük ölçüdə əski inanclarını və adət-ənənələrini də mühafizə etməkdəydilər. Əslində, İslam türk tayfaları arasında yayılarkən Türk xalqları üçün doğma dinə çevrildi. Məsələn, Orta Asiyada bu mənada İslam yayılarkən əski ozanlar kimi xalq arasında dolaşan ata, baba ünvanlı və zamanında əfsanəvi nüfuz qazanmış şəxsiyyətlərin böyük rolu vardı. Bunların içərisində ən məşhuru əski adıyla Yesi (bugünki Türkistan) kəndində yaşamış olan Əhməd Yəsəvidir (ölüm tarixi 1166). Əhməd Yəsəvinin yaratdığı «Yəsəvilik» təriqəti ilə qədim Türk duyğu, düşüncə və ənənələrini özündə əks etdirən yeni bir İslam düşüncəsini yaratmışdır. «Yəsəvilik» ilk Türk təriqətlərindən biri sayılır. Bunun ardınca XIV yüzillikdən etibarən özəlliklə fəth fəaliyyətinə qatılan qazilər arasında yayılmış olan digər türk təriqəti olan Bəktaşilik fəthlər yolu ilə Balkanalara da yayılmış və Qərbi Anadolundan Balkanlara qədər xalqların müsəlmanlaşmasında və Osmanlı idarəçilinin qəbul edilməsində böyük rol oynamıdır.
Bəktaşi-Qızılbaş ənənələri bir-birinə çox yaxındır. Bəzi tədqiqatçılar Qızılbaşlığı çöl-kənd sufilərinin, Bəktaşiliyi isə şəhər sufilərinin təriqəti adlandırırlar. Məsələyə bu konteksdən yanaşsaq, doğrudan da Qızılbaşlıq daha radikaldır və daha çox hərbiləşmiş bir sistemdir. Bu münasibəti biz yenə də İbn Ruzbixanda görürük. «Qızılbaşlığ»ın yaradıcısı Şeyx Heydərdən danışarkən müəllif onu igid bir sərkərdə kimi təqdim edir və gösətrir ki, həddən artıq cəlddir, silahları ustalıqla işlədir və özü də silah qayramığı bacarır. Bir neçə min silah hazırlayıb. 

Şah İsmayıl zamanında bir inanc axını olan «Qızılbaşlıq» Anadoluda ga geniş yayıldı. Anadoluda bu Bəktaşilk və Ələvilik adı altında özünü göstərdi. Bütün bunlar isə Qızılbaşlığın bir türk inanc sistemi olmasının təzahurüdür.

Biz bu məqalə ilə orta əsrlərdə Azərbaycan Səfəvi dövlətinin yaranmasında təriqətlərin roluna nəzər saldıq. Bəllidir ki, Ağqoyunlular dönəmlərində təriqətçiliyə hörmətlə yanaşılsa da, «Səfəviyyə» təriqətinə həm də malik olduğu gücə görə də hörmətlə yanaşırdılar. Ağqoyunlu dövləti sufi dövləti olmasa da, sufilərin azad dolandığı və dövlət işlərinə qarşıdığı bir məmləkət idi. Dövlət başçısı sufi şeyxləri ilə məsləhətlşir və onların nəsihətləri əsasında hərəkət edirdi. Lakin bundan fərqli olaraq yaranan Səfəvilər dövləti birbaşa sufilərin dövləti idi. Onun idarəçiliyi də sufi sistemi əsasında baş verirdi. Qızılbaşlıq isə «Səfəviyyə» sisteminin ən uca zirvəsiydi ki, özündən qabaq bütün Türkçülük ənənələrini özündə birləşdirmişdi.

Dilavər Əzimli

BAO başqanının ideoloji məsələlər üzrə müavini, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi

"Dünya xaosa doğru sürüklənir" - Deputat Əli Məsimli ilə Müzakirə - VİDEO

Xəbər xətti

BƏƏ-də leysan yağışlarına görə yollar bağlanıb, aviareyslər təxirə salınıb
00:07 17.04.2024
Qazaxıstanda daşqınlar səbəbindən dövlət vəsaitlərinə qənaət rejimi tətbiq edilib
23:44 16.04.2024
Sabah Astara və Yardımlının bəzi ərazilərində qaz olmayacaq
23:23 16.04.2024
Ermənilər Azərbaycana məxsus daha bir musiqini oğurladı - VİDEO
23:22 16.04.2024
Yeni Zelandiya baş nazirinin son videosu maraqlara SƏBƏB OLUB - VIDEO
Yeni Zelandiya baş nazirinin son videosu maraqlara SƏBƏB OLUB - VIDEO
23:08 16.04.2024
Kakaonun qiyməti yeni tarixi maksimuma çatıb
23:00 16.04.2024
Qazaxda sürücü sükan arxasında infarkt keçirib, avtomobil qəzaya düşüb
22:40 16.04.2024
Körfəz ölkələri daşqınların əsarətində - VİDEO
22:30 16.04.2024
İran və İsrailin Azərbaycandakı səfirləri arasında MÜBAHİSƏ YARANIB - FOTO
İran və İsrailin Azərbaycandakı səfirləri arasında MÜBAHİSƏ YARANIB - FOTO
22:25 16.04.2024
Ərdoğan: Türkiyənin milli gəliri 1,1 trilyon dolları ötüb
22:22 16.04.2024
Gürcüstan DİN Tbilisidə mitinq təşkilatçıları və iştirakçılarına xəbərdarlıq edib
22:00 16.04.2024
Almaniyanın maliyyə nazirindən şok açıqlama
21:59 16.04.2024
Ərdoğan: "İranın İsrailə hücumuna görə məsuliyyəti ilk növbədə Netanyahu daşıyır" - VİDEO
21:53 16.04.2024
Biləsuvarda əmək yarmarkası keçiriləcək
21:40 16.04.2024
Taksi qiymətləri yenidən bahalaşıb? - Müştərilər şikayətçidirlər
21:33 16.04.2024
Tbilisidə regional konfransda Azərbaycanda istilik təchizatı sahəsində görülən işlərdən danışılıb
21:21 16.04.2024
IMF Azərbaycanda inflyasiyanın gerilədiyini proqnozlaşdırır
21:00 16.04.2024
Serbiya Prezidenti COP-29-a dəvət edilib
20:50 16.04.2024
Aleksandr Vuçiç Prezident İlham Əliyevə zəng edib
20:43 16.04.2024
Qırmızı Meydanın bağlanma səbəbi açıqlanıb
20:40 16.04.2024
IMF Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını yaxşılaşdırıb
20:20 16.04.2024
Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək
20:00 16.04.2024
Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib
19:50 16.04.2024
Moskvanın Qırmızı Meydanı BAĞLANDI
19:44 16.04.2024
"Dünya xaosa doğru sürüklənir" - Deputat Əli Məsimli ilə Müzakirə - VİDEO
19:30 16.04.2024
Qəzzada ölənlərin sayı 34 minə YAXINLAŞIR
19:20 16.04.2024
Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi əməkdaşlıq MÜZAKİRƏ OLUNDU
19:10 16.04.2024
Zelenski Ukraynada səfərbərlik haqqında qanun imzalayıb
18:56 16.04.2024
Şəxsi bank kart məlumatları ələ keçirilir - DİN-dən XƏBƏRDARLIQ
18:47 16.04.2024
Bakıda yol qəzası sıxlığa səbəb olub
18:38 16.04.2024
Azərbaycanın cəsur qadınları QARABAĞDA! - VİDEO - FOTOLAR
18:32 16.04.2024
Umud Mirzəyev: “Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində səsləndirdiyi iddialar absurddur”
18:30 16.04.2024
Kirakosyandan Azərbaycana qarşı növbəti təxribat dolu İDDİALAR - VİDEO
18:21 16.04.2024
Paytaxtda 19 yolda sıxlıq müşahidə olunur
18:19 16.04.2024
Sabah Bakının üç rayonunda qaz olmayacaq
18:10 16.04.2024
Nazim Bəydəmirlinin istintaqı yekunlaşıb: Məhkəmə başlayır
17:47 16.04.2024
Ermənistan XİN rəhbəri Səudiyyə Ərəbistanına gedir
17:35 16.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı əssasız İDDİALAR - VİDEO
17:30 16.04.2024
Azad edilmiş ərazilərdəki yaylaqlara 4 mindən çox fermer KÖÇƏCƏK
17:25 16.04.2024
Rusiyada TikTok bloklana bilər
Rusiyada TikTok bloklana bilər
17:17 16.04.2024
Hamısı