Heydər Əliyevlə yaxın dost olmuş keçmiş polis rəisi vəfat etdi

Cəmiyyət 10:14 19.08.2019

Azərbaycanın mərhum eks-prezidenti Heydər Əliyevin yaxın dostu olmuş türkiyəli iş adamı, Türkiyənin Bakıdakı səfirliyində polis təmsilçisi işləmiş Osman Gezeker bu günlərdə vəfat edib. 

Eurasia Diary Virtualaz.org-a istinadən xəbər verir ki, Türkiyə mediasında dərc olunan xəbərlərdə ailəsi onun vəfatı ilə bağlı Azərbaycandan göndərilən başsağlığı mesajlarına görə təşəkkürlərini çatdırır.

Osman Gezeker bir nüçə gün əvvəl müalicə aldığı Ankara Şəhər Xəstəxanasında vəfat edib. O, 1988-1993-cü illərdə Qars vilayətinin polis rəisi olub. 1993-cü ilin dekabrında Heydər Əliyevin istəyi ilə o vaxtkı Türkiyə prezidenti Süleyman Dəmirəl Osman Gezekeri Bakıdakı səfirliyə polis təmsilçisi olaraq göndərib. Gezekerin Heydər Əliyevlə yaxın dostluq əlaqələri olub.

Gezeker ailəsi adından açıqlama verən Ankara Barosunun vəkillərindən Özləm Gezeker deyib ki, onların bu kədərli günlərində dəstək olduğu üçün Azərbaycan xalqına dərin minnətdarlıqlarını çatdırır.

"Rəhmətlik atam Osman  Gezeker o vaxtkı Azərbaycan prezidenti Heydər Əliyevin tələbi ilə mərhum Süleyman Dəmirəlin təlimatı ilə Bakıya göndərildi. Azərbaycanın bu günlərə gəlib çatması, o dövrdə içində yer aldığı sıxıntılı günlərdən qurtara bilməsi üçün rəhmətlik atam öz ürəyini ortaya qoydu. Azərbaycan-Türkiyə qardaşlığının daha da dərinləşməsi üçün illərlə çalışdı”,-Özlem Gezeker deyib.

Bildirib ki, atası Azərbaycanda maddi imkanları məhdud olan və ondan yardım istəyənlərə həmişə yardım əlini uzatmağa çalışırdı. "Bunu bizlər də atamın vəfatı ilə bağlı aldığımız məktubların, mesajların məzmunundan anladıq. Bununla bağlı atamızın etdiklərindən qürur duyduq. Azərbaycandan gəlib cənazə mərasiminə qatılanlar da oldu”,-o nəql edib.

Özlem Gezeker atasının xatirələrindən də danışıb. Deyib ki, atası həmişə bunu deyərdi: Azərbaycana xidmət Türkiyəyə xidmətdir. Azərbaycana nə qədər xidmət etsək Türkiyəyə də o qədər xidmət etmiş olarıq. "Deyirdi ki, Heydər Əliyevlə tanış olmaq mənim üçün böyük şansdır. Heydər Əliyevin 20-ci əsrin ən önəmli liderlərindən biri olduğunu, onun fikirlərini öyrənməyin çox önəm daşıdığını deyirdi. Rəhmətlik Heydər Əliyev son nəfəsinə qədər Azərbaycan üçün çalışdı, atam da bu mübarizədə onun yanında yer aldı. Hər ikisini rəhmətlə və ən dərin minnətdarlıqla anırıq”,-Gezeker ailəsinin üzvü bildirib.

Əlavə edib ki, bu gün Heydər Əliyevin oğlu, prezident İlham Əliyevin liderliyində Azərbaycan bayrağı daha da yüksəkliklərə qaldırıb. Azərbaycan günü gündən inkişaf edir.

Özlem Gezeker qeyd edib ki, atalarının Türkiyə-Azərbaycan qardaşlığının daha da irəli götürülməsi üçün apardığı mübarizəni qaldığı yerdən davam etdirəcəklər. "Bunun üçün də eyni zamanda atam kimi polis müdiri olan qardaşım və uşaqlarımızla birlikdə üzərimizə düşəni edəcəyik”,-o deyib.

​​​

 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı