BDU-ya qəbul olmuş tələbələrin sənəd qəbulu davam edir | Eurasia Diary - ednews.net

20 Sentyabr, Cümə


BDU-ya qəbul olmuş tələbələrin sənəd qəbulu davam edir

Cəmiyyət A- A A+

2019/2020-ci tədris ili üçün Bakı Dövlət Universitetinə qəbul olmuş tələbələrin sənəd qəbulu davam edir.

Eurasia Diary xəbər verir ki, 16 fakültə və 65 ixtisas uzrə aparılan sənəd qəbulunun asan və rahat keçməsi üçün bütün zəruri tədbirlər görülüb.

Dekan və dekan müavinləri, tyutorlar və məsul şəxslərin iştirakı ilə aparılan sənəd qəbulu prosesinə həmçinin universitetin könüllü tələbələri də dəstək verirlər.

Sənədlərin qəbulu avqust ayının 15-dən 27-dək hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 900-1700–dək universitetin əsas binasının 1-ci mərtəbəsində keçirilir və hal-hazırda qəbul olunanların 1/3-i qeydiyyatdan keçib.

Qeyd edək ki, 23 mindən çox tələbəsi olan Bakı Dövlət Universitetinə hər il 5 mindən çox tələbə qəbul olur. BDU-nun Qazax filialı da daxil olmaqla ölkə ali təhsil müəssisələri arasında ən çox tələbə qəbulu bu universitetin payına düşür.

BDU rəhbərliyi və kollektivi tələbə adını qazanan gəncləri və onların valideynlərini təbrik edir, təhsildə uğurlar arzulayır.

BDU-nun Mətbuat və informasiya şöbəsi, 19 avqust 2019-cu il.


 
 
 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...