“Torqovı”dakı biabırçılığı necə aradan qaldırmalı… - Deputat: “İnanmaram ki, bizim qızlar bir yöndəmsiz ərəblə...”

Cəmiyyət 16:45 19.08.2019

Tanınmış jurnalist Nəsimi Nəbizadə sosial şəbəkə vasitəsilə daxili işlər naziri Vilayət Eyvazova müraciət edərək  nazirdən Bakının “Torqovı” adlanan məkanındakı biabırçılığın aradan qaldırılmasını xahiş edib.

İnsanların gəzinti və istirahət üçün üz tutduğu “Tarqovı” adlanan ərazidə əxlaqsız qadınların çoxluğu və hətta meydan sulamağı ciddi ictimai narazılıq doğurub. 

“Cənab nazir, hörmətli Vilayət Eyvazov...

Sizin kimi peşəkar və təcrübəli, savadlı və müasir nazirimiz var... Və siz Naxçıvan torpağındansız... O gözəl və qeyrətli torpaqdan... Azərbaycanın böyük torpağından...

"Torqovı" biabırçılıqdı... Ora əl gəzdirin... O park Bakının vizit kartıdı... Əncam çəkin, göz qabağıdı... Biz o cür deyilik axı... Bizim polisimiz bizi hər mənada qorumalıdı axı...”, - Nəsimi Nəbizadə bildirib.

Doğrudan da bu biyabırçılığı aradan qaldırmaq üçün hansı tədbirlər görülməlidi?

Eurasia Diary xəbər verir ki, modern.az bu sualı Milli Məclisin üzvlərinə ünvanlayıb.

Deputat Tahir Kərimli bu kimi mövzulara daim siyasi tərəfdən yanaşdığını bildirib.

“1990-cı illərdə ilk deputat çıxışımda mənəviyyat və əxlaq polisinin yaradılması ilə bağlı fikir söyləmişdim. Hələ o zamanlar bu kimi hadisələr belə geniş vüsət almamışdı. Çox təəssüf edirəm ki, kapitalizm hər şeyə imkan verir - pisə də, yaxşıya da. Məhz buna görə pislərin sayı artır və pis hadisələrin qarşısını almaq lazımdır”.

Tahir Kərimli qeyd edib ki, bu hadisələr məhdudlaşdırılmassa əgər artmağa davam edəcək.

“Torqovı”da və küçələrdə baş verən bu tip hadisələr sadəcə lakmus kağızıdır. Belə hadisələrin çoxalmasında əsas səbəblərdən birincisi turistlərin, ən çox da ərərblərin Azərbaycana gəlişidir. Bəzən bunu sosial məsələlərlə bağlayırlar. Mən çoxlu misallar gətirərdim ki, elə ölkələr var ki, ora geniş turist axını var, amma əxlaqsızlıq belə geniş tüğyan eləmir. Belə halları çox zaman stimullaşdırırlar, əgər stimullaşmasaydı, əxlaqsızlıq bu qədər geniş olmazdı. Açıq danışıram, belə hadisələrin baş verməsi üçün onun arxasında duran, pul qazanan insanlar var. Bunu təkcə sosial məsələlərə bağlamaq düzgün deyil, bu hallardan qazanc əldə edənlər də var.  Ən mühüm məsələ ictimai-siyasi vəziyyətin möhkəmləndirilməsidir. Bu nöqteyi-nəzərdən müvafiq orqanlar cinayət və inzibati qanunvericiliyə uyğun olaraq öz tədbirlərini görməlidirlər. Mən parlament səviyyəsində dəfələrlə bu kimi  məsələlərə toxunmuşam. Bəziləri deyir ki, Gürcüstanda kazinolar, qumarxanalar var, yaxşı turist cəlb edir. Bizə elə var-dövlət, elə qazanc lazım deyil. Bu hadisələr də həmçinin, belə hadisələrin arxasınca qaçmamalıyıq. Əxlaqsızlıq bizim millətə xas olan hal deyil. Bunun qarşısı həm qanunvericilik, həm də inzibati yolla alınmalıdır”.

Deputat Fəzail Ağamalı mövzu haqqında danışmağı əxlaqına sığışdırmadığını bildirib.

“Əslində mən bir neçə il bundan əvvəl məsələ qaldırdım ki, açıq deyəcəm, əllərində pul qadınlara müraciət edənləri deportasiya etmək lazımdır. Bu məsələ həmin vaxt sensasiyaya səbəb oldu. Bu məsələyə yenidən qayıtmağımın bir adı yoxdur. Ümumiyyətlə, əxlaqsız hərəkətlərin qarşısı alınmalıdır”.

Deputat Tahir Rzayev isə bildirib ki, qadınlarımızı alçaltmağa haqqımız yoxdur:

“Kim nə bilir ki, küçədəki qadın əxlaqsızdı. Bəlkə kimisi geyinib hansısa əzizini gözləyir, ya da kimsə tanışıyla bir yerdə oturub çörək yeyəcək. Hər yerdə var ki, qadın bəzənib-düzənsin, geyinib-keçinsin. Biz hardasa yaxşı geyinən qadın görürüksə, o saat deyirik ki, əxlaqsız qadındı. Bunların hamısı bizim xalqın adına yazılır. Belə şeyləri açıb-ağartmamalıyıq, əksinə tərbiyə etməliyik. Amma hamı bir ağızdan deyir ki, “Torqovı”da əxlaqsızlıq baş alıb gedir”.

Tahir Rzayev bildirib ki, bütün qadınları əxlaqsız adlandırmaq olmaz:

“Çox vaxt deyirlər ki, qızlarımız ərəblərlə tanış olur-filan. Bunların hamısı yalan sözlərdir. Heç vaxt bizim qızlar öz namuslarını alçaldıb hansısa bir yöndəmsiz ərəblə söhbət eləməz. Ola bilər ki, dostluq münasibəti ilə tanış olarlar, bunun əksini düşünmək olmaz. Olar ki, qadınlarımız turistdən intervyu götürər. Biz qadınlarımızı o qədər aşağı səviyyədə təqdim edirik ki… Qızlarımızın, qadınlarımızın qeyrəti bizim qeyrətimizdi, bütün Azərbaycanın qeyrətidi. Əgər ərəblər qadınlarımıza pis gözlə baxarlarsa, polisimiz, igid oğlanlarımız onların gözünü deşər.  Lakin bunu yaymaq düzgün deyil. Mənim Azərbaycanımın qadınları hamıdan namusludu, hamıdan qeyrətlidi. İndi içində bir-ikisi “elə”dirsə,  bunu onların timsalında bütün Azərbaycan xanımlarına yaraşdırmaq düzgün olmaz. Mən öz qadınlarımızı Günəş, Ay hesab edirəm”.

İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Türkiyə MN: Suriyanın şimalında 5 terrorçu zərərsizləşdirilib
15:20 19.05.2024
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
15:00 19.05.2024
"Yuventus"un müvəqqəti baş məşqçisi bəlli olub
"Yuventus"un müvəqqəti baş məşqçisi bəlli olub
14:40 19.05.2024
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
14:20 19.05.2024
Dövlət başçısı: İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir
14:00 19.05.2024
Prezident: “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir
13:50 19.05.2024
Ukrayna Rusiyanın daha bir gəmisini məhv edib
Ukrayna Rusiyanın daha bir gəmisini məhv edib
13:40 19.05.2024
İlham Əliyev: İran-Azərbaycan əlaqələri bölgəmizdə sabitliyin önəmli şərtidir
13:20 19.05.2024
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
13:00 19.05.2024
Azərbaycanın bəzi bölgələrində qar yağıb - FAKTİKİ HAVA
Azərbaycanın bəzi bölgələrində qar yağıb - FAKTİKİ HAVA
12:40 19.05.2024
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
12:20 19.05.2024
Kralın sərvəti Kraliça Elizabeti keçdi
Kralın sərvəti Kraliça Elizabeti keçdi
12:00 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
11:20 19.05.2024
Qırğızıstanın Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edib
11:00 19.05.2024
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
10:40 19.05.2024
Almaniya Müdafiə Nazirliyi Ukraynaya yardım üçün 3,8 milyard avro istəyib
10:20 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
10:00 19.05.2024
Lavrov Avropanı bir nəsil üçün “SİLDİ”: “Tərəfdaş kimi aktual olmayacaq”
09:40 19.05.2024
Putin Tokayevə Çin səfəri ilə bağlı təəssüratlarını bölüşüb
09:20 19.05.2024
İranın Omanda Vaşinqtonla dolayı danışıqlar apardığı təsdiqlənib
09:00 19.05.2024
Rusiya XİN İsveçrədə Ukrayna üzrə sammitin keçirilməsinə münasibət bildirib
00:14 19.05.2024
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
23:58 18.05.2024
Güləş yığmamız Avropa çempionu oldu
23:31 18.05.2024
Cüdoçularımızın dünya çempionatındakı rəqibləri müəyyənləşdi
22:48 18.05.2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
22:24 18.05.2024
“Bu il alacağımız F-16-lar müharibədə həlledici rol oynamayacaq” - Zelenski
21:55 18.05.2024
Moldovada demoqrafik vəziyyət pisləşib
21:29 18.05.2024
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
21:11 18.05.2024
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
21:00 18.05.2024
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
20:34 18.05.2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:20 18.05.2024
BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir
20:00 18.05.2024
"Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiya Azərbaycanın müstəqil inkişaf yoluna işıq salır
19:59 18.05.2024
Qarabağ Universitetinin bukleti hazırlanıb
19:29 18.05.2024
Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
19:00 18.05.2024
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
18:20 18.05.2024
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18:00 18.05.2024
Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib
17:39 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında - YENİLƏNİB
17:20 18.05.2024
Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi
17:00 18.05.2024
Hamısı