Deputat "Relaks" üçün cəmi 972 manat vergi ödəyibmiş RƏSMİ

Cəmiyyət 18:02 19.08.2019

"Faktiki sahəsi 14 hektardan çox olan və qonaqların qalması üçün 142 nömrədən ibarət istirahət mərkəzində müxtəlif təyinatlı 20 obyektin fəaliyyət göstərməsinə baxmayaraq, 2018-ci ildə cəmi 10 min 726 manat, 2019-cu ilin ötən dövrü ərzində isə 972 manat məbləğində vergi ödənilib. Bundan başqa, “Relaks” istirahət mərkəzi vahid idarəetmə sisteminə malik olmasına baxmayaraq, vergidənyayınma məqsədi ilə buradakı obyektlər ayrı-ayrı vergi ödəyicilərinin adına rəsmiləşdirilib, bir sıra obyektlər vergi orqanında uçota alınmadan fəaliyyət göstəriblər".

Eurasia Diary xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin "Relaks" istirahət mərkəzində baş verən insidentlə bağlı rəsmi açıqlamasında bildirilir. 

Qeyd edək ki, Lerik rayonunda fəaliyyət göstərən “Relaks” istirahət və turizm mərkəzində cari il avqustun 16-da yoxlama keçirilməsi planlaşdırılsa da, təsərrüfat subyektinə gələn Vergilər Nazirliyinin əməkdaşları burada müqavimətlə üzləşib, onlara qanuni fəaliyyətini həyata keçirlməsinə maneələr törədilib.

Aparılmış izahat və məlumatlandırma tədbirlərinə, yoxlamanın keçirilməsi barədə müvafiq qərarların təqdim edilməsinə baxmayaraq, vergi əməkdaşlarının əraziyə daxil olmasına imkan verilməyib. Hadisə yerinə gəlmiş Lerik rayon Polis Şöbəsinin əməkdaşlarının, eləcə də Lerik rayon İcra Hakimiyyəti nümayəndələrinin də məsələyə müdaxiləsi müsbət nəticə verməyib, istirahət mərkəzinin vəzifəli şəxsləri kimi özünü təqdim etmiş şəxslər vergi əməkdaşları və polis işçilərinə hücum təşkil edərək onlara müxtəlif xəsarətlər yetirmiş, bundan başqa Vergilər Nazirliyinin xidməti istifadəsində və nazirlik əməkdaşlarının şəxsi istifadələrində olan avtomaşınlara daş parçaları ilə zədələr yetiriblər.

Həmin faktla bağlı cinayət işi başlanıb, təcrübəli polis və prokurorluq əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb, eləcə də Baş Prokurorluğun, Vergilər və Daxili İşlər nazirliklərinin vəzifəli şəxsləri rayona ezam olunublar.

Hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyi və Baş Prokurorluq tərəfindən vəziyyət dərhal nəzarətə götürülüb, operativ tədbirlər həyata keçirilməklə ictimai asayiş bərpa olunub, vergi əməkdaşlarının “Relaks” istirahət mərkəzində vergi nəzarəti tədbirinin keçirilməsinə zəruri şərait təmin edilib.

Cinayət işi üzrə kriminalistik texniki vasitələrdən istifadə olunmaqla hadisə yerinə foto və videoçəkiliş aparılmaqla baxış keçirilib, hadisələrin baş vermə məkanı fiksasiya olunub, maddi sübutlar götürülüb, hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, məhkəmə-tibbi, məhkəmə-əmtəəşünaslıq, məhkəmə-trasoloji ekspertizalar təyin edilib.

İş üzrə istirahət mərkəzinin təşkilati-sərəncamverici və inzibati funksiyaları yerinə yetirən vəzifəli şəxsləri - Nərimanlı Mirhəmid İqbal oğlu, Nərimanlı Orxan Çingiz oğlu, Əsgərov Pərviz Əvəzoviç, İmanov Famil Kamran oğlu, Şahverdiyev Rahim Bəhlul oğlu və Abbasov Amir Nağızadə oğlu Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini ağır nəticələrə səbəb olmaqla aşma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, həbs edilən Nərimanlı Mirhəmid deputat İqbal Məmmədovun oğludur. "Relaks" istirahət mərkəzi də məhz İqbal Məmmədova məxsusdur.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Niderland şahzadəsi əsgərliyə gedir
11:12 02.07.2025
"Xiaomi"nin elektrik avtomobili satış rekordları qırdı - 3 Dəqiqəyə 200 min sifariş....
10:57 02.07.2025
Aktau qəzasıyla bağlı ekspertizanın nəticələri yaxın zamanda açıqlana bilər
10:44 02.07.2025
"BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi istefaya getməlidir"
10:42 02.07.2025
Süveyş körfəzində qazma qurğusu batıb
10:36 02.07.2025
“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”
10:27 02.07.2025
Özbəkistan Prezidenti Azərbaycana gəlir
10:21 02.07.2025
Fransa ordusu Seneqaldan çıxır
10:12 02.07.2025
"Rusiya və Azərbaycanın arasındakı dostluq münasibətlərini pozmaq istəyənlər var"
10:04 02.07.2025
"Cəmiyyətdə müsabət dəyişikliyə nail olmaq istəyiriksə,qadınları təhsilə cəlb etməliyik"
09:59 02.07.2025
"Google" külli miqdarda təzminat ödəyəcək
09:54 02.07.2025
"Qadınlarla bağlı planların həyata keçirməsində əsas problem maliyyədir"
09:44 02.07.2025
Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır
09:39 02.07.2025
ECO qadınların texnologiya sahəsində inkişafı ilə bağlı planlar hazırlayıb
09:27 02.07.2025
İsrailin zərbələri nəticəsində 100-dən çox fələstinli həlak olub
09:24 02.07.2025
"Qadının iqtisadi müstəqilliyi olmadan sosial və ictimai müstəqilliyi mümkün deyil"
09:17 02.07.2025
Klublarası dünya çempionatı: "Borussiya" "Real Madrid"lə görüşəcək
09:09 02.07.2025
PKK-nın tərksilah prosesi 10 gün ərzində baş tutacaq
08:54 02.07.2025
Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu keçirilir
08:38 02.07.2025
Öldürülən qardaşlara işgəncə faktları təsdiqləndi
08:17 02.07.2025
Azərbaycan Polisi – 107 illik xidmət və fədakarlıq!
00:01 02.07.2025
"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Hamısı