Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayıb | Eurasia Diary - ednews.net

17 Sentyabr, Çərşənbə axşamı


Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayıb

Cəmiyyət A- A A+

Avqustun 21-də Ağdam, Ağdaş, Gədəbəy, Goranboy, Laçın və Lerik rayonları üzrə direktorların işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb.

Eurasia Diary xəbər verir ki, Təhsil Nazirliyindən müvafiq keçid balını toplamış 120 namizəd müsahibə mərhələsinə dəvət edilib. Müsahibələr avqustun 23-dək davam edəcək.

Növbəti müsahibələrin keçiriləcəyi tarixlər barədə namizədlərə məlumat veriləcək.

Qeyd edək ki, cari ilin 13-19 iyul tarixlərində dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbulu həyata keçirilib. 3 403 namizəd elektron qeydiyyatdan keçib, onlardan 2 273 nəfərin elektron ərizəsi təsdiqlənib. Avqustun 2-də keçirilmiş direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində 1 643 nəfər iştirak edib.

Eurasia Diary

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...