Azərbaycanla Ermənistan xarici işlər nazirləri arasında Dağlıq Qarabağmünaqişəsinə dair daha bir görüşünün hazırlıq işləri görülür.
Eurasia Diary “Report”a istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan jurnalistlərə bildirib.
Yeni görüşün vaxtı və formatı açıqlanmır.
“Danışıqlar prosesi davam edir, belə ki, yeni-yeni görüşlər mümkündür”, - deyə ermənistanlı nazir qeyd edib.
Xatırladaq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan arasında son görüş iyun ayında Vaşinqtonda keçirilmişdi.