Qusarda palçıq axını çaya qarışıb.
Eurasia Diary xəbər verir ki, Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, palçıq axını Şahdağ yüksəkliyindən başlayaraq Laza kəndi yaxınlığındakı Gur-Gur şəlaləsi adlanan ərazini əhatə edib.
Yağıntıların əraziyə düşməsindən sonra başlayan proses nəticəsində palçıq Qusarçay çayına axır.
Qusarçaydan dağlıq ərazilərdə və şəhərdə yaşayan əhaliyə su verilir. Çayın çirkli olması suyun verilməsində fasilələr yaradıb.
Bağ və bostanların suvarılmasında bu sudan istifadə edən kənd sakinləri təsərrüfatlara da ciddi ziyan dəydiyini deyirlər.
Qusar Suvarma Sistemləri idarəsindən Oxu.Az-a bildirilib ki, məsələdən xəbərdardırlar.
Sözügedən prosesin təbiət hadisəsi olduğu və son günlərdə palçıq axınının azaldığı deyilir.